Noutbuk, arxiv şəkli

Əlahəzrət reklam ya brend kontenti necə yaratmalı

231
(Yenilənib 20:39 24.07.2020)
SputnikPro-nun növbəti vebinarının spikeri dinləyicilərə nativ reklamın nə olduğunu və maraqlı kommersiya layihələrini necə hazırlamaq lazım gəldiyini  izah edib

BAKI, 24 iyul – Sputnik. Yaxşı nativ reklam, gözə batmayan reklam komponenti ilə maraqlı bir istifadəçi hekayəsidir. Bundan əlavə bu, gözardı edilə bilməyən bir trenddir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində təşkil edilmiş "Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar" mövzusunda onlayn-sessiyada bəhs edilib.

İyulun 24-də təşkil edilən bu vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın kompleks media məhsulları şöbəsinin aparıcı redaktorunun müavini Yelena Kostomarova olub.

© Sputnik /
"Rossiya seqodnya" BİA-nın kompleks media məhsulları şöbəsinin aparıcı redaktorunun müavini Yelena Kostomarova

Spikerin sözlərinə görə, ideyanın uğur qazanması üçün onun hazırlanması, uyğun formatın seçilməsi, hekayənin maraqlı danışmasına nəyin kömək etdiyini müəyyənləşdirmək, öz işini təhlil etmək lazımdır.

Buna nümunə olaraq, Yelena "Rossiya seqodnya" BİA-nın kompleks media məhsulları şöbəsinin fəaliyyətini göstərib. Həmin formul aşağıdakı kimi işləyir:

- Sifarişçinin brifi

- Mövzuya yüklənmə

- Breynstorminq

- İdeyanın təqdimatı

- Sifarişçinin istehsala cəlb edilməsi

- Mərhələli təsdiq

- Yayım və səhvlər üzərində işdən sonra səmərəliliyin izlənməsi

Səhvlərə toxunan spiker xüsusi layihələrin yaradılmasının yeddi əsas "günahı" üzərində də ətraflı dayanıb.

- Mövzunun auditoriyanın maraqlarına uyğun gəlməməsi: "Sifarişçi təkid edirsə, auditoriyaya maraqsız bir mövzu təklif etməyə ehtiyac yoxdur, onda ona insanların xoşuna gələn bir yanaşma təklif etmək daha yaxşıdır".

- İdeyanın formata uyğun gəlməməsi: "Xüsusi layihənin daşıdığı vəzifəni xatırlamaq lazımdır".

- Məzmundan "Vineqret": "Bu vəziyyətdə adam kələfin ucunu itirir və nə edəcəyini bilmir".

Digər "günahları"la bağlı Yelena Kostomarova interaktiv üçün interaktiv, açıq reklam, funksionallıq əvəzinə əsas metrik və art kimi girişləri təklif edib.

Nəşrdə kifayət qədər resurs olmadığı halda spiker reklam haqqında qeydi etmək şərtilə konstruktorlardan (məsələn, Tilda, Readymag dizayner olmadan material toplamağa imkan verir, interaktiv kartların yaradılması üçün proqramlar var və s.) istifadə etməyi və ya redaksiya formatlarını tətbiq etməyi məsləhət görüb.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

231
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

34
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

34
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib

Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib

175
(Yenilənib 01:43 01.10.2020)
Müdafiə Nazirliyi: Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv e

BAKI, 1 oktyabr — Sputnik. Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bir qədər əvvəl MN sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək Ermənistan ordusunun cəbhə bölgəsindəki ümumi itkilərini açıqlayıb. Bu itkilərə 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi daxildir.

175
Teqlər:
hərbi qüvvələr, Ermənistan, Müdafiə Nazirıiyi
Əlaqədar
Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO
Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan ordusunun son üç gündə məhv edilmiş döyüş texnikasının siyahısı açıqlandı