Nikol Paşinyan

BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"

88
(Yenilənib 18:34 23.07.2020)
Fərid Şəfiyev vurğulayıb ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Bu, Azərbaycan üçün qəbuledilməzdir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən beynəlxalq ictimaiyyəti özünün yeni tezisləri ilə çaşdırmağa çalışır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü yeni tezisləri şərh edərkən bildirib.

Təhlil Mərkəzinin sədri qeyd edib ki, sülh yolu ilə danışıqlar 26 ildir aparılır və bu danışıqlar ömürlük sürə bilməz: "2019-cu il və 2020-ci ilin 1-ci yarısında təmas xəttində sülh üçün vacib şərait yaradıldı. Lakin biz Ermənistan tərəfdən faktiki olaraq bunun əksini gördük. Bu müddətdə Ermənistan Baş naziri Nikol Paşinyan iki dəfə danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlar səsləndirdi.

İlk olaraq o, bunu 2019-cu ilin martında Minsk danışıqları formatını dəyişməyə cəhd etməklə, ikinci dəfə isə "Dağlıq Qarabağ Ermənistandır" bəyanatını səsləndirməklə etməyə çalışdı. Bununla bərabər N.Paşinyan öz fikirlərinə əks olan bəyanatlar səsləndirir. Belə ki, o özünün bu tezislərində bildirir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Eyni zamanda da deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə onun fikirləri bir-birinə ziddiyyət təşkil edir".

Fərid Şəfiyev vurğulayıb ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Bu, Azərbaycan üçün qəbuledilməzdir: "Münaqişə Ermənistanla Azərbaycan arasındadır və bizim torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. ATƏT tərəfindən 1992-ci ilin martında qəbul edilmiş fundamental sənəddə danışıqlarda iştirak edən tərəflər dəqiq şəkildə göstərilir. Həmin sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ nümayəndələri müvafiq irəliləyiş əldə olunarsa, danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin belə bir irəliləyiş yoxdur. Əgər mart sənədində "Dağlıq Qarabağ nümayəndələri" ifadəsi qeyd edilirsə, həmin ilin sentyabrında Minsk konfransına sədrlik edən İtaliya nümayəndəsi tərəfindən Dağlıq Qarabağ dedikdə hər iki icmanın - erməni və Azərbaycan icmasının nəzərdə tutulduğuna dair aydınlıq gətirilir. Orada açıq qeyd edilir ki, erməni icması Azərbaycan icması üzərində heç bir üstünlüyə malik deyil.

N.Paşinyanın danışıqların davam etdirilməsinə dair səsləndirdiyi digər tesizlərə, xüsusilə Azərbaycanın hərbi silahların alınmasını artırmaq istədiyinə dair fikirlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan öz məqsədini heç zaman gizlətmir. Danışıqların məqsədi sülh yolu ilə həll deyil, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdir. Sülh yolu ilə nizamlama yekun məqsədə çatmaq üçün bir yoldur. Yekun məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.

Qeyd etmək lazımdır ki, N.Paşinyan tərəfindən irəli sürülən tezislər yeni deyil. Onlar 2019-cu il boyu səsləndirilib və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən rədd edilib. Onlarda yeni heç nə yoxdur. Təbii olaraq bu tezislər növbəti dəfə həm ATƏT-in Minsk Qrupu həmsədləri, həm də Azərbaycan tərəfindən rədd ediləcək".

88
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı

4
(Yenilənib 21:57 20.09.2020)
"Microsoft" korporasiyasının banisi: "Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır".

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Sputnik Azərbaycan Report-a ictinadla xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - deyə o, suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - Qeyts deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

4
Teqlər:
Fox News, epidemiya, Koronavirus, COVID-19, Bill Gates
Əlaqədar
Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

5
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

5
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək