BAKI, 23 iyul — Sputnik. Ağstafa rayonu "Yaşıl Göl" ailəvi istirahət mərkəzindən götürülən 2 ayı və 2 canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
O qeyd edib ki, vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulov barəsində isə akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.
A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinəyik və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur.
"Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik".
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.