Tibb işçisi, arxiv şəkli

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

26
Həkimlərin səyinə baxmayaraq, xəstəxanada müalicə alan terapevtin həyatını xilas etmək mümkün olmayıb

BAKI, 23 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxan həkim dünyasını dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirusa yoluxan Suraxanı rayonu 23 saylı poliklinikanın sahə həkimi, terapevt Mətanət Atayeva bu gün səhər saatlarında vəfat edib. Həkimlərin səyinə baxmayaraq, xəstəxanada müalicə alan terapevtin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, ötən ayın sonunda koronavirusa yoluxan M.Atayeva Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.

26
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

0
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4