Əlli beş minə yaxın insan işlə təmin edilib

© REUTERS / ERIC THAYERЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əsasən həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub.

BAKI, 23 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 54 min 137 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Əsasən həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə 38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilib. 16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında "Məşğulluq" altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.

Xəbər lenti
0