Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Tovuzun kəndlərinə dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir - FOTOLAR

18
(Yenilənib 12:39 23.07.2020)
Hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti hazırda mütəxəssislər tərəfindən öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi Qrup Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti hazırda mütəxəssislər tərəfindən öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.

Artıq mütəxəssislərdən ibarət 3 qrup Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərər dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirilib.

  • Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yanıb, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələnib, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər görüb.

İşçi qruplar tərəfindən dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə də baxış keçirib.

© Sputnik / Ilham Mustafa
Разрушенный жилой дом в селе Дондар Гушчу Товузского района Азербайджана

Hazırda vətəndaşların evlərinə, yardımçı tikililərinə, şəxsi əmlak və əkin sahələrinə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir. Dəymiş ziyan tam müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, fəsadların tam aradan qaldırılması ilə bağlı təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək.

Qeyd edək ki, Tovuz rayonunun sərhəd bölgəsində Ermənistanın hərbi təxribatı nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər operativ olaraq həyata keçirilir.

18
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8