Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

XİN rəhbəri rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

12
(Yenilənib 13:32 23.07.2020)
Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib.

Nazir Ceyhun Bayramov Aİ rəsmisinin təbriklərini qəbul edib.

Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə həmsöhbətinə məlumat verib. Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Ermənistan tərəfinin habelə bölgənin yaxınlığından keçən geo-strateji layihələrə təhlükə törətmək məqsədini güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətinin durduğu vurğulanıb.

Cozef Borel gərginliyin alovlanmasının qarşısının alınmasının, o cümlədən bölgədəki mühüm infrastruktura hədə törədilməsindən çəkinməyin vacibliyini qeyd edib. Ali nümayəndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli üzrə substantiv danışıqların bərpa edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların mahiyyət üzrə aparılmasının, konkret nəticəyə yönəlik olmasının vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin sadəcə danışıqlar naminə danışıqlarda iştirak etmədiyini, uzun illərdir ki, bu danışıqların davam etdiyini, lakin münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində konkret nəticənin əldə edilmədiyini ali nümayəndə Cozef Borelin diqqətinə çatdırıb. Ermənistan tərəfinin danışıqların müxtəlif bəhanələrlə uzadılması cəhdlərinin yolverilməz olduğu qeyd olunub. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələri başda olmaqla və Aİ-nin də sərgilədiyi qəti mövqe daxil olmaqla, beynəlxalq ictimaiyyətin tələblərinin yerinə yetirilməsi, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasının vacib olduğu nazir tərəfindən vurğulanıb.

Nazir Ceyhun Bayramov telefon danışığı təşəbbüsü ilə çıxış etdiyi üçün Ali nümayəndə Cozef Borelə təşəkkürünü ifadə edib.

12
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

11
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

11

Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmənin ilk günü Foto

8
(Yenilənib 00:06 19.01.2021)
Azərbaycanda bu gün koronovirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İlk olaraq Çinin CoronaVac preparatı ilə tibb işçilərini peyvəndləməyə başlayıblar. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.

8
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.

  • © Sputnik / Murad Orujov

    Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

Teqlər:
TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə naziri Oqtay Şirəliyev, Oqtay Şirəliyev, Koronavirus, epidemiya, COVID-19