Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm göstəriciləri açıqlandı

154
(Yenilənib 14:09 22.07.2020)
Ölkəmizdə virusa yoluxma əsasən 50-59 yaşlar üzrə üstünlük təşkil edir, 80 yaş və daha yuxarı yaşda olanlar arasında yoluxma azdır

BAKI, 22 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxanların yaş və cins nisbəti açıqlanıb.

Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, 50-59 yaş arasında olanlar 21 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir. Yaş kateqoriyaları üzrə virusdan sağalma və ölüm göstəriciləri isə belədir:

- 27 aprel-3 mayda 287 nəfər yoluxub, 302 nəfər sağalıb, 4 nəfər vəfat edib;

- 4 may-10 mayda 587 nəfər yoluxub, 209 nəfər sağalıb, 7 nəfər vəfat edib;

- 11 may-17 mayda 755 nəfər yoluxub, 365 nəfər sağalıb, 7 nəfər vəfat edib;

- 18 may-24 mayda 848 nəfər yoluxub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib;

- 25 may-31mayda 1372 nəfər yoluxub,821 nəfər sağalıb, 14 nəfər vəfat edib;

- 1 iyun-7 iyunda 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib;

- 8 iyun-14 iyunda 2404 nəfər yoluxub, 1434 nəfər sağalıb, 31 nəfər vəfat edib;

- 15iyun-21 iyun 2772 nəfər yoluxub, 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib;

- 22 iyun-28 iyun 3695 nəfər yoluxub, 2227 nəfər sağalıb, 44 nəfər vəfat edib;

- 29 iyun-5 iyul 39 00 nəfər yoluxub, 2716 nəfər sağalıb, 52 nəfər vəfat edib;

- 6 iyul-12 iyul 3717 nəfər yoluxub, 3351 nəfər sağalıb, 56 nəfər vəfat edib;

- 13 iyul-19 iyul 3480 nəfər yoluxub, 3874 nəfər sağalıb, 48 nəfər vəfat edib.

Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

154
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (313)
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Suqovuşan Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb

6
(Yenilənib 14:25 22.10.2020)
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a agentlikdən məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.

  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
1 / 4
© Azerbaijan Highway State Agency
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

6
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

8
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

8