Müdafiə Nazirliyi yeni məlumat yaydı, vəziyyət stabil gərgindir

© AFP 2023 / MOHAMMED HUWAISОбстрел из пулемета, фото из архива
Обстрел из пулемета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Silahlı Qüvvələrinin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. "Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində Emənistan SQ tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur: "Ermənistan Silahlı Qüvvələrinin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb".

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində Ermənistan SQ-nin 2 PUA-sı da məhv edilib.

Xəbər lenti
0