Pandemiyada imtahan

Rezidenturaya qəbul imtahanı keçiriləcək

12
(Yenilənib 20:21 21.07.2020)
Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək,

BAKI, 21 iyul — Sputnik. Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi avqust ayının 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər imtahanda iştirak etmək üçün aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

- imtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni;

- "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaqdır.

"İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" imtahan günündən 3 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə" namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İmtahan iştirakçısı "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə ehtiyac yaranarsa, onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə biləcək. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

12
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

20
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

20
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

34
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

34