Azərbaycanda koronavirusdan sağalmış bu şəxslər donor ola bilməz

© AFP 2023 / RODRIGO ARANGUAQan plazması, arxiv şəkli
Qan plazması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Qanında anticism aşkarlanmayalardan immun plaza götürülmür. Hamiləlik keçirdən qadınlar da  imuno plazma verə bilməzlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Azərbaycanda indiyədək 65 nəfər koronavirus xəstələrinə immun plaza vermək üçün donorluq edib. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Qan Bankının mütəxəssisi Xəyalə Qafarova verib. O, bildirib ki, müraciət edən 65 donordan 43 nəfərindən immun  plazma toplanıb: "90 xəstəyə 11 vahid plazma köçürülüb. Bir donordan 600-800 milli immun plazma götürülür. Bir donordan götürülən qan 3 xəstəyə vurulur. Qanında anticism aşkarlanmayalardan immun plaza götürülmür".

X. Qafarova bildirib ki, o şəxslərdən immun plaza götürülür ki, onların qanında virusla bağlı xüsusi antilellər yaranıb.  Onun sözlərinə görə, hamiləlik keçirdən qadınlar da  imuno plazma verə bilməzlər: "Həmçinin koronavirusa yoluxub sağalmış şəxslərdən immun plazma alınarkən yaş kriteriyası və sair amillər də nəzərə alınır". O, bildirib ki, immun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalan xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən metoddur".

Xəbər lenti
0