Hərbi hissədə andiçmə mərasimi, arxiv şəkli

Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

468
(Yenilənib 13:10 13.07.2020)
Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.

BAKI, 13 iyul — Sputnik. Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Xİdmətinin rəsmi feysbuk səhifəsində bildirilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri oturdulub.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Qəhrəmancasına həlak olmuş şəhidlərimiz bu gün dəfn olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik.

Bundan əlavə qeyd edək ki, ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk", - deyə məlumatda qeyd olunub.

468
Hamilə qadın, arxiv şəkli

Doğuma görə cərimə varmış

2
(Yenilənib 14:41 14.08.2020)
Adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Şəhər əhalisi arasında da doğumun gec qeydə alınması faktları var, lakin bu rəqəm o qədər də yüksək deyil. Şəhər yerində bu gecikmələrə ad seçimi, yaşayış yerindən uzaqlaşaraq başqa yerdə yaşamaları da səbəb olur. Bəzən gündəlik işlər və problemlər də buna səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O bildirib ki, adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur: "Üzrlü səbəb olmadıqda, bu zaman 10 manat cərimə tətbiq edilir".

2
Müəllimlərin imtahanı, arxiv şəkli

Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər

1
(Yenilənib 14:20 14.08.2020)
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər

BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.

1
Əlaqədar
Bu gün növbəti qəbul imtahanları keçirilir
İmtahanların nəticələri ilə əlaqədar müraciət edənlərin nəzərinə
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi