Ruslana Cavadova, arxiv şəkli

Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi

1459
Los Ancelesin məşhur Beverly hills küçəsində yeni mənzil əldə edən azərbaycanlı model Ruslana Gee onun bütün detallarını izləyicilərinə nümayiş etdirib

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Daha çox Ruslana Gee kimi tanınan azərbaycanlı model Ruslana Cavadova Amerikada aldığı, bahalı mebel və aksessuarlarla təchiz etdiyi yeni mənzilini izləyicilərinə nümayiş etdirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model YouTube kanalındakı bloqunda abunəçilərə bir neçə ay əvvəl köçdüyü evi göstərmək qərarına gəlib.

"İlk dəfə Amerikaya gedəndə və burada necə də gözəl binaların olduğunu görəndə özümə söz verdim ki, nə vaxtsa mən də onlardan birində yaşayacağam. Onda mənim pulum yox idi. İndi blogerlikdən yaxşı pul qazanıram və lüks bir mənzildə yaşamağı haqq etdiyimi düşünürəm. Özüm icarə haqqını ödəyirəm və orada olan bütün əşyaları öz pulumla almışam. Hərçənd çoxları düşünür ki, mənə valideynlər kömək edirlər, amma bu belə deyil", - deyə Cavadova bildirib.

O, izləyicilərə Los Ancelesin məşhur Beverly hills küçəsində yerləşən mənzilinin bütün otaqlarını və əşyalarını göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Ruslana Gee Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşdığını bildirmişdi.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

1459
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

26
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

26
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib

Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib

119
(Yenilənib 01:43 01.10.2020)
Müdafiə Nazirliyi: Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv e

BAKI, 1 oktyabr — Sputnik. Ermənistanın müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bir qədər əvvəl MN sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək Ermənistan ordusunun cəbhə bölgəsindəki ümumi itkilərini açıqlayıb. Bu itkilərə 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi daxildir.

119
Teqlər:
hərbi qüvvələr, Ermənistan, Müdafiə Nazirıiyi
Əlaqədar
Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO
Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan ordusunun son üç gündə məhv edilmiş döyüş texnikasının siyahısı açıqlandı