100 manat, arxiv şəkli

Yardımla bağlı 16 bölgənin sakinlərinə şad xəbər

12
Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib

BAKI, 10 iyul — Sputnik. Ötən ayın 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib: "Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib. Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub".

Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

12

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

1
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

1
Yatmış qız, arxiv şəkli

Yuxu dərmanları öldürə bilər - Həkim

87
Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq doğru qərar ala bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur.

BAKI, 15 avqust — Sputnik. Həkim məsləhəti olmadan qəbul edilən yuxu dərmanları xroniki yuxu və psixoloji pozuntulardan ölümə qədər ciddi fəsadlara səbəb ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, professor Muhammet Emin Akkoyunlu bildirib ki, həkim tövsiyəsi olmadan qəbul edilən yuxu dərmanları həqiqi yuxunu təqlid edən yalançı bir yuxu deformasiyasına səbəb olur.

"Yatmamışdan əvvəl televizora və komputerə baxmaq, beyində kortizon kimi stres hormonlarını yaradaraq yuxunu dağıdır. Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq düzgün qərar verə bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur" - deyə həkim bildirib.

Həkimin fikrincə, dərmanla yuxuya getmək beyində film izlmək kimi bir görüntü yaradır.

"Yuxu real və rahatlıq verici olmalıdır. Bununla yanaşı əlavə bir xəstəliyiniz varsa, yuxu dərmanları sizə zərər verə bilər. Əlacə xəstəliyiniz olmasa belə, nəfəs almağa çətinlik yaradan bu dərmanlar ölümə qədər bir çox problemlərə yol aça bilər. Bu səbəbdən yuxu dərmanlarını dost tövsiyəsi ilə qəbul etməyin. Yuxu dərmanlarını istəklərinizlə qəbul etməyin. Keyfiyyətli yuxu gigiyena qaydalrına əməl etməkdən keçir. Yata bilmək üçün qaranlıq bir yer hazırlayın və özünüzə zaman verin. Buna baxmayaarq yata bilmirsinizsə, həkimə müraciət edin" - deyə o vurğulayıb.

87