Pizza, arxiv şəkli

Qida zəhərlənmələrindən qorunmaq üçün AQTA-dan zəruri tövsiyələr

8
Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.

BAKI, 8 iyul — Sputnik. Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi maarifləndirici material hazırlayıb:

Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır ki, bu da qidaların tez xarab olmasına səbəb olur. Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən də daha diqqətli olmaq məsləhətdir. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir. Bildiyimiz kimi, qida məhsullarının saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və digər orqanoleptik əlamətləri dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. İstehlakçılar ön cərgədə yerləşdirilmiş, endirimdə olan qida məhsullarını alarkən xüsusi diqqətli olmalıdırlar. Həmçinin məhsulların qablaşdırılması tam şəkildə olmalıdır. Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırmaya aldanmamalısınız. Qablaşmanın üzərində məhsulun tərkibi haqqında informasiya verən mətni mütləq diqqətlə oxumalısınız. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin.

Süd zərərli və xəstəlik törədən bakteriyalarla çirkləndikdə ondan əldə edilmiş məhsullar da sağlamlığımıza təhlükə yarada bilər. Bu baxımdan pasterizə olunmamış (qaynadılmamış) süd və süd məhsullarından istifadə məsləhət görülmür. Həmçinin süd və süd məhsullarının lazımi şəraitdə və temperaturda saxlanması da vacib şərtdir.

Konservləşdirilmiş məhsulları alarkən istehlakçılar diqqətli olmalıdır. Belə malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa və ya qapağı boşalmış vəziyyətdədirsə, bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir. Yeməzdən əvvəl meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır. Zəhərlənmə riski yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə və temperaturda bişirilməsi vacibdir. Qida ilə təmas edən səthlər, alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Çalışın yeməkləri günlük olaraq hazırlayasınız. Əgər bişirdiyiniz xörəkdən artıq qalıbsa, onu bir dəfədən çox isitməyin. Yeməyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən mütləq şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi şərtdir. Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və qidanın növünə müvafiq olaraq saxlanması, həmçinin istehlakı qida zəhərlənmələri riskini azaldır.

8
Erməni hərbi qulluqçuları, arxiv şəkli

MN: “Ermənistan SQ-nin qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb”

9
(Yenilənib 11:06 21.10.2020)
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.

BAKI, 21 oktyabr — Sputnik. Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Cəbhədə gecə gündüz artilleriya atışları - VİDEO

71
Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

BAKI, 21 oktyabr — Sputnik. Oktyabrın 20-i gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

 

71
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə