Notebook, arxiv şəkli

Veb-texnologiyalar KİV-də necə işləyir?

7
(Yenilənib 20:09 03.07.2020)
SputnikPro çərçivəsində növbəti vebinarın spikeri veb-texnologiyaların KİV-də işi, kontentin idarə edilməsi, freymvork (framework) və proqramlaşdırma dilləri haqqında danışıb.

BAKI, 3 iyul — Sputnik. Bu gün dünyada çox az adam kompüterdən saytlara daxil olur, əksəriyyət mobil versiyaya üstünlük verir. Buna görə də saytların mobil versiyalarının olması çox vacibdir. Eyni zamanda, saytın mobil versiyası əsas saytın məzmununu tam əks etdirməlidir və masaüstü versiyası ilə eyni variantları yaymalıdır. Bu barədə iyulun 3-də SputnikPro maarifləndirici layihəsi çərçivəsində keçirilən vebinarda bildirilib.

"Veb-texnologiyalar KİV-də necə işləyir: saytın anatomiyası, proqramlaşdırma dilləri, freymvorklar" onlayn sessiyasının spikeri "Rossiya seqodnya" BİA-nın İnternet Texnologiyaları Mərkəzinin rəhbəri Aleksey Filippovski olub.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətində başlayıb, "Vesti"nin beynəlxalq şöbəsinin redaktoru və sonra rəhbəri olub. 2016-cı ildən "Rossiya seqodnya" BİA-da işləyir. O, burada əvvəlcə Ria.ru saytının – Runetdəki bir nömrəli xəbər resursunun (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib.

2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi resurs özü ziyarətçilərinin sorğusuna uyğun olaraq qurulur, eyni zamanda rahat viget və çat sistemi vasitəsilə müxtəlif sahələri izləməyə imkan verir. Aleksey Filippovski həmçinin Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal jurnalistika" mövzusunda mühazirə oxuyur.

Vebinar zamanı spiker krossbrauzerlik və adaptiv səhifələmə kimi anlayışlar da daxil olmaqla, əsas terminləri açıqlayıb, Web 1.0 və 2.0-ın nə olduğunu izah edib.

"İndi biz Web 3.0. erasına gedirik. Bəzi əlamətlər: şəbəkədə iştirakınız offline iştirakınıza bərabər olduqda sosiomədəni irəliləyiş. Avtomatik kontent mübadiləsi aparılacaq", - deyə Aleksey Filippovski bildirib.

Proqramlaşdırma dilləri haqqında danışan natiq onların çox olduğunu qeyd edib.

"Hansı proqramlaşdırma dilləri ən məşhurdur? Nə qədər mütəxəssis varsa, bir o qədər də fikir var. Bu çox tez-tez mübahisə doğuran məsələlərdəndir. Nəyi başa düşmək lazımdır? Hər hansı bir İT mütəxəssisinin öz sevimli dili var. Amma hər bir dilin də öz üstünlükləri və mənfi cəhətləri mövcuddur. Buna görə də, proqramlaşdırma dillərində hansısa dəbi təqib etmək lazım deyil", - deyə mütəxəssis bildirib.

Mütəxəssis dinləyicilərə öz işlərində xarici xidmətlərə etinasızlıq göstərməməyi məsləhət görüb.

"Şərh etmə sistemləri, statistika və analitika sistemləri, müxtəlif ixtisaslaşmış xidmətlər və s. – onların hamısı çox faydalıdır. Sizə lazım olan şey haqqında "Google"-dan soruşun. Məsələn, bu və ya digər göndərişi edib-etməmək barədə hipotezi yoxlaya bilərsiniz. Hipotezlərin yoxlanılması üçün xarici xidmətlər gözəl bir vasitədir, lakin xidmətin üst səviyyədə, layiqli, ödənişli və s. olması daha yaxşıdır", - deyə Aleksey öz məsləhətini verib.

Məruzəsində spiker bir sıra mühüm məqamlara da toxunub:

- İnkişaf standartları yoxdur

- Hər şey burada və indi lazım deyil

- Çox vaxt sadə bir həll ən səmərəlisidir

- Məsələn, "Facebook"-un etdiyi ola bilsin sizin üçün deyil

- Dəb və haypdan çəkinin.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir. Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

7
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

1
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

1
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Xaricdəki azərbaycanlıların gətirilməsi ilə bağlı problemlər var

1
(Yenilənib 11:55 15.08.2020)
Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur

BAKI, 15 avqust — Sputnik. "Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı ciddi problemimiz var. Uçuş reyslərinin təşkilində müəyyən çətinliklər var. Mərkəzi Asiya, Qazaxıstan, Türkmənistanda bir neçə vətəndaşımız qalıb ki, gələn həftə onların bərə ilə gətirilməsi təşkil olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur: "Eyni mexanizmlə Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da keçidi təmin olunur".

1