"Bunu dərhal etmək lazımdır": ABŞ Rusiyanı əslində nəyə görə cəzalandıracaq

© AP Photo / Ivan Sekretarev, fileФлаги США и России, фото из архива
Флаги США и России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pelosinin təcili olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı və koronavirusa yoluxmuş amerikalıların sayının yeni rekordlar qırmasına dair xəbərlər vahid bir fenomenin simptomlarıdır. Onu qısaca "emosional təhlükəsizlik ideologiyası" da adlandırmaq olar.

BAKI, 3 iyul — Sputnik, Viktor Maraxovski. ABŞ Konqresinin spikeri Nensi Pelosinin təcili olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyin vacibliyi haqda bəyanatı və koronavirusa yoluxmuş amerikalıların gündəlik artımının yeni rekordlar qırması ötən gün dünyada baş verən əsas hadisələr olub.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Birləşmiş Ştatlar Rusiyanın nəhəng layihələrinə qarşı sanksiya tətbiq edəcək

Xatırladaq ki, Pelosi bəyanatını "Rusiyanın amerikalılara qarşı taliblərlə sözləşməsi" ilə bağlı iddiaları çərçivəsində verib. Məsələnin məğzi bundadır ki, bu iddia Amerikanın xüsusi xidmət orqanlarının öz mənbələrindən aldıqları məlumatları əks etdirmir və əslində bəzi "təhlilçilər" tərəfindən "taliblərin sorğu-sual edilməsinin nəticəsidir". Bu iddiaya görə, guya Rusiyada kimsə artıq uzun illərdir ki, Amerika əsgərlərini öldürən taliblərə elə Amerika əsgərlərini öldürmək üçün hansısa səbəbdən pul verməyə başlayıb.

Pentaqonun və milli təhlükəsizlik üzrə müşavir Robert O'Brayenin bəyanatlarına əsasən, bu iddia öz təsdiqini tapmayıb. Bununla əlaqədar olaraq ABŞ prezidentinə heç bir hesabat verilməyib.

Amma məsələ ondan ibarətdir ki, bu gün artıq Amerika normal dövlətin adi fəaliyyət qanunlarına görə yaşamır (Dmitri Peskov vəziyyəti düzgün təsvir edib: "Vaşinqtonda hazırda çox anlaşılmaz hadisələr baş verir"). Amerika şişirdilmiş ölümcül yalanların bir-biri ilə mübarizəsi qanunları ilə yaşayır və bunu "qanunsuzluq" kimi də ifadə etmək olar.

Buna görə də ədaləti öz ideologiyası elan etmiş nüvə fövqəldövlətinin birinci şəxslərindən olan Nümayəndələr Palatasının rəhbəri heç nə ilə təsdiqlənməmiş "operativ" informasiyaya birmənalı və siyasi rəy verərək deyir: digər bir nüvə fövqəldövlətinə qarşı dərhal sanksiyalar yeritmək lazımdır.

İctimai məkana bu informasiyanı yayan media isə onun həqiqi olub-olmadığından narahat deyil və hazırkı prezidenti "Rusiya haqqında pis məlumat almağı sevməməkdə" günahlandırır. Bununla da onlar iflasa uğramış "Tramp Rusiyanın casusudur" tezisini yenidən gündəmə gətirirlər.

Günün ikinci xəbərinə, yəni ABŞ-da gündəlik COVID-19 faktlarının sayının 55 min rekorduna qədər artmasına keçək. Burada da Amerika mediasının necə işlədiyi heyrətamizdir.

Флаг США, фото из архива - Sputnik Azərbaycan
ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

Məsələn, nüfuzlu "Huffington Post" nəşri yazır:

"Son dalğanın bəzi izləri mayın sonunda keçirilmiş Anım Gününə gedib çıxır".

CNN:

"Trampın maska əleyhinə xaç yürüşü geri dönüb ki, onun özünü dişləsin"

"The New York Times":

"Sorğular göstərir ki, amerikalı kişilərin çoxu maska geyinməyi zəiflik əlaməti hesab edir və Prezident Trampın maska geyinməkdən imtina etməsi bunun zəiflər üçün olduğunu hesab etməsini nəzərdə tutur".

Bu nümunələrdə analitiklərin nəyisə gözdən qaçırdığını hesab edirsinizsə, deməli, elə də var – nəsə gözdən qaçıb. Məsələn, mayın sonundan bu günə qədər bütün Amerikada sosial məsafə saxlamaq, evdə oturmaq və başqa tələblərə tüpürərək, çoxminlik kütlələr şəklində gəzib bir çox "mütərəqqi" və "düzgün" hərəkətlər edən "Black Lives Matter" hərakatının nümayəndələrinin dərin sosiallaşmış davranışları – mağazaları soymaları, binaları yandırmaları, avtomobillərə ziyan vurmaları, insanları öldürmələri (hal-hazırda, ən təvazökar və tam olmayan hesablara görə, BLM 25-dən çox insanın ölümünə səbəb olub) barədə yazmağa qadağa qoyulub.

Yüz minlərlə, bəlkə də milyonlarla amerikalı ehtiyatı qulaqardı edərək özlərini elə aparmağa başladılar ki, sanki heç bir koronavirus yoxdur. Bütün kənar müşahidəçilər qeyd edirdilər ki, bu, xəstəliyin partlayışı ilə nəticələnəcək. Başqa cür bitə də bilməzdi. Lakin bu artım baş verəndə məlum oldu ki, onun haqqında həqiqəti yazmaq sadəcə olmaz.

Buna görə də mütərəqqi analitiklər xalqın kişiliyini, Trampın məsuliyyətsizliyini və maydakı Anım Gününü qınayırlar, lakin insanın gözünə girən aşkar səbəbi görmək istəmirlər.

Bu iki xəbər nümunəsinin vahid genişmiqyaslı və dəhşətli bir fenomenin simptomları olduğunu düşünmək üçün əsaslar var. Qısaca onu "emosional təhlükəsizlik ideologiyası" da adlandırmaq olar. Bu ideologiyaya əsasən, hədəf auditoriyanın emosional rahatlığına zərər vurmayan və onun baxışlarına zidd olmayan məntiq və faktlar mövcud ola bilər.

Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
Senat Rusiyanı qıcıqlandıran addımını atdı: sanksiyaları layihəyə saldı

Axı hədəf auditoriya üçün "Rusiyanın amerikalı əsgərlərin öldürülməsi müqabilində pul ödəməsi" iddiasının nə qədər axmaq uydurma olduğu heç bir əhəmiyyət kəsb etmir. Amerikada koronavirusun yeni dalğasının əslində niyə baş verməsi məsələsi də vacib deyil.

Bu, daha çox Okkam ülgücünün yeni bir dəhşətli növünü xatırladır: "Əgər hər-hansı bir hadisənin emosional cəhətdən qane edən və düzgün şərhi varsa, onda onun həqiqi şərhini axtarmağa ehtiyac yoxdur".

Buna görə də "hər-hansı bir çətin vəziyyətdə Rusiyanı və Trampı günahlandırmaq" olar.

Amma bu, Amerikanın qarşısında duran real problemlərə – dünya liderliyini itirməsinə və pandemiyanın öhdəsindən gələ bilməməsinə əlac olmayacaq. Əvəzində isə Amerika cəmiyyəti daxilində proqressiv qüvvələrin döyüş fəallığını təmin edəcək və hazırkı Amerika Prezidentinin əleyhdarlarına onun qarşısını almağa imkan verəcək.

Yeri gəlmişkən, bunlar indiyədək bizə nümunə gətirilən bir ölkədə baş verir.

Xəbər lenti
0