Fəvvarə yaxınlığında kişi, arxiv şəkli

Koronavirus, isti keçən havalar günvurma Hər şey qəsdimizə durub

646
(Yenilənib 21:46 30.06.2020)
Günvurma sağlamlıq üçün koronavirus qədər təhlükəli olmasa da, ciddi yanaşılmadığı təqdirdə ölümlə nəticələnə bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Bu il yay 2010, 2015-ci illərdə olduğu kimi normadan isti olacaq. Belə ki, bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov danışıb.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası və Aran rayonlarında hava daha isti keçəcək. M. Həsənov əlavə edib ki, iyul-avqust aylarında Azərbaycanda isti hava dalğaları daha çox təkrarlanacaq.

Ekoloq Telman Zeynalov isə bildirib ki, ölkədə havanın temperaturu 45 C-ni keçə bilər: "Ola bilər ki, 35 dərəcəyə kimi isti olsun, amma yağış yağmasın. Bu, qorxuludur".

Havaların isti keçməsi insan sağlamlığı üçün də təhlükəlidir. Bir tərəfdən koronavirus təhlükəsi, digər tərəfdən isə havaların isti keçməsi evindən çıxa bilməyən insanların psixikasına da təsir edir. Belə havalarda bir təhlükə də günvurmadır. Bu sağlamlıq üçün koronavirus qədər təhlükəli olmasa da, günvurma halına ciddi yanaşılmadığı təqdirdə ölümlə nəticələnə bilər.

Günvurma nə zaman baş verir?

Həkim terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, günvurma halları daha çox saat 11.00-17.00 radələrində açıq hava olan zaman baş verir: "İnsan uzun müddət günəş şüalarına məruz qaldığı təqdirdə bədənin istiliyi tənzimləyən mexanizmlər sıradan çıxır. Günvurma daha çox uşaqlarda özünü biruzə edir. Günvurma həqiqətən ciddi kliniki bir vəziyyətdir. Və vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər".

Həkim qeyd edib ki, günvurmanın bir neçə səbəbi var. Günvurma daha çox günorta saatlarında baş verir.  Günəş şüaları yer üzünə dik vurduğu zaman ultrabənövşəyi şüalar son dərəcə təhlükəli ola bilər.

Həddən artıq spirtli içki qəbul etmək də günvurma riskini artırır. Spirt metabolizmanı yavaşladır və həzm sistemini zəiflədir. Bu zaman günəş şüaları insana daha çox təsir edir.

Bu səbəbdən də hava həddən artıq isti olduğu zaman spirtli içki qəbul edilməməli, daha çox sərinləşdirici içkilərə üstünlük verilməlidir: "Günvurma təkcə açıq hava deyil, qapalı məkanlarda da baş verə bilər. Həddən artıq isti olan məkanlarda uzun müddət qalmaq böyük risk faktoru yaradır. Uzun müddət su içməmək, kondisioner olmayan məkanlarda vaxt keçirmək təhlükəni artırır. İsti havalarda qalın geyinmək də günvurma riskini artırır".

Həkim bildirir ki, günvurma özünü halsızlıq, yuxulama kimi əlamətlərlə biruzə verir. Bədənin mexanizmi pozulduğu üçün funksiyalarını əvvəlki kimi yerinə yetirə bilmir. Bu da yuxuya olan tələbatı artırır. Şiddətli baş ağrıları sonda komaya düşməklə nəticələnə bilər: "Günvurmadan 2-3 saat müddətində xəstənin hərarəti artır və 40 dərəcəyə çatır. Xəstə özünü halsız, gücsüz hiss edir. Ürəkbulanma, qusma müşahidə edilir. Bu daha çox uşaqlarda özünü göstərir. Bəzi xəstələrdə mədə turşuması da görünə bilər. Günvurma zamanı dəri qurumağa başlayır. Bu əlamətlərdən hər hansı biri müşahidə edilirsə, xəstə dərhal həkimə müraciət etməlidir".

Həkim bildirib ki, günvurmadan qorunmaq üçün xüsusi aksesurlardan istifadə edilməli, nazik geyimlərə üstünlük verilməlidir. Açıq hava bol su içməli və bədənin müqavimətini qorumalıdır.

Həkim həmçinin qeyd edib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimi çərçivəsində vətəndaşlardan evdə qalmaq tələb edilir: "Düzdür, yaydır, havalar isti keçir. Hamı dənizə getmək, istirahət etmək istəyir. Az öncə dediyimiz kimi qapalı məkanlarda da günvurma baş verə bilər. Ona görə yayda insanlar özünü koronavirusla yanaşı, günvurmadan da qorumalıdır".

646
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

11
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

11

Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmənin ilk günü Foto

8
(Yenilənib 00:06 19.01.2021)
Azərbaycanda bu gün koronovirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İlk olaraq Çinin CoronaVac preparatı ilə tibb işçilərini peyvəndləməyə başlayıblar. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.

8
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.

  • © Sputnik / Murad Orujov

    Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

Teqlər:
TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə naziri Oqtay Şirəliyev, Oqtay Şirəliyev, Koronavirus, epidemiya, COVID-19