Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun "yaxın dostu" şəkərli diabet: Hələ xilas olmaq imkanınız var

147
Rusiyalı həkim-endokrinoloq Nadejda Maksimova erkən dövrlərdə diabetin mümkün inkişafını necə təyin etmək lazım gəldiyini açıqlayıb.

BAKI, 25 iyun — Sputnik. Rusiyalı həkim-endokrinoloq Nadejda Maksimova erkən dövrlərdə diabetin mümkün inkişafını necə təyin etmək lazım gəldiyini açıqlayıb.

Maksimovanın sözlərinə görə, tibb mütəxəssislərində diabet ərəfəsi (prediabet) ilə bağlı belə bir anlayış mövcuddur ki, qanda qlükoza səviyyəsinin normadan yüksək olduğu hal hələ diabet kimi qəbul edilə bilməz.

"Böyüklərin hər 13 nəfərindən biri diabet ərəfəsindədir, hər altıncı uşaq isə hamiləlik vaxtı yüksək qan qlükozasına malik anadan doğulur. Halların 84 faizində qlükozanın səviyyəsinin artması diabetlə assosiasiya olunur. Bu vəziyyət gələcəkdə ikinci tip diabetin yüksək inkişaf riski ilə bağlıdır", — deyə həkim "Komsomolskaya pravda"ya müsahibəsində bildirib.

Prediabet diaqnozu Maksimovanın fikrincə, bədənin SOS siqnalıdır. Onun sözlərinə görə, qanda şəkərin yüksək səviyyəsi mütləq xəstəliyin inkişafına gətirib çıxarmayacaq, amma bunun qarşısını almaq üçün həyat tərzini və qidalanmanı dəyişdirməlisiniz.

Əsas risk faktorları arasında, bədənin artıq çəkisi və hipodinamikanın olması (hərəkətliliyin aşağı olması, orqanizmin funksional pozğunluğu (dayaq-hərəkət aparatının, qan dövranının, nəfəsalmanın, qida həzminin) vurğulanır. İnsanın hansı formada olduğunu başa düşməyə bədən kütləsi indeksi kömək edəcək. Bu ya adi qaydada (çəkinin boya nisbətini müəyyən etməklə), ya da xüsusi onlayn kalkulyatorda hesablanır.

Diabetin inkişafı üçün digər amillər arasında yüksək xolesterol, arterial hipertenziya (təzyiqin davamlı olaraq 140/90 millimetr civə sütunundan yuxarı artması) da var. Həkim qətiyyətlə bildirib ki, təzyiq, şəkər və triqliseridlərin orta dərəcədə fiziki fəaliyyətlə müşayiət olunması əksər hallarda prediabet və xəstəliyin özünün qarşısını ala bilər.

Qeyd edək ki, dünyanı sarmış koronavirus infeksiyasına yoluxa biləcək yüksək risk qrupu altında olan şəxslər arasında şəkərli diabet xəstələri də var. Ona görə də həkimlər hesab edirlər ki, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir: şəkər və şəkərli qidalardan uzaq durmalı, meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük verməli, buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörəkdən yeməli, düyüdən hazırlanmış yeməklərdən çəkinməli, konservləri qida rasionundan tam çıxarılmalıdır. Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.

Diabet xəstələrinə immun sistemini gücləndirmək də tövsiyə olunur. Onlar C vitamini ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor yeməlidirlər. Onların qidalarında E vitamini ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq, Omega 3 yağ turşuları ilə zəngin qidalar – kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri, sinklə zəngin qidalar – hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar üstünlük təşkil etməlidir.

Qırmızı meyvələr xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir.

İmmuniteti gücləndirən digər qidalar bunlardır:

Selen – tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir

Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir

Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir

Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir

Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır

Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir

Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir

Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar - qanda şəkəri tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.

Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.

147
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi

2
(Yenilənib 14:53 22.09.2020)
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BAKI, 22 sentyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

2
Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

3
(Yenilənib 14:49 22.09.2020)
Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

BAKI, 22 sentyabr — Sputnik. Ermənistanın üç müxalifət partiyası "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-nə ümumdövlət mitinqi təyin edib. Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi partiyaların yaydığı birgə bəyanatda bildirilir.

Partiyalar bəyan ediblər ki, "ölkədə yaranmış vəziyyəti qiymətləndirərək və yeni keyfiyyətli milli hökumətin qaçılmaz olmasını hesab edərək" mitinq keçirmək barədə qərar qəbul edilib.

Mitinqin oktyabrın 8-i Yerevanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Müxalifətin bəyanatına görə, hazırkı Ermənistan hökuməti hakimiyyətə gəldiyi iki il ərzində cəmiyyətin gözləntilərini doğrultmayıb və ölkənin inkişafını təhdid altına qoyub.

3