NATO-nun təlimləri, arxiv şəkli

Hərbi ekspert NATO-dakı insidenti şərh edib: "Hər şey öz axarına buraxılıb"

4
(Yenilənib 21:17 24.06.2020)
Fransa Prezidenti Emmanuel Makron "NATO-nun beyninin ölümü"nə sübut gətirib. Söhbət Aralıq dənizində Türkiyə və Fransa gəmiləri arasında baş vermiş insidentdən gedir. Sputnik radiosunun efirində hərbi ekspert Vladimir Karyakin yaranmış vəziyyəti şərh edib.

BAKI, 24 iyun — Sputnik. Fransa və Türkiyə freqatlarının iştirakı ilə Aralıq dənizində baş vermiş insident "NATO-nun beyin ölümü" ilə bağlı tezisi təsdiqləyir. Xəbər verdiyimiz kimi, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Makron hadisəni yolverilməz adlandırıb.

İyunun 10-da Liviya sahilləri yaxınlığında Fransa freqatı Türkiyə gəmisinin ekipajını silah qaçaqmalçılığında şübhəli bilərək gəmiyə tərəf üzməyə çalışıb. Parisin iddiasına görə, bu an digər üç Türkiyə hərbi gəmisi freqatı hədəfə alıb və gəminin yoxlanılması tələblərini yerinə yetirməkdən imtina edib.

Fransa bunu təcavüzkar davranış kimi qiymətləndirib. Türkiyə öz növbəsində ittihamları rədd edərək, fransalı hərbçilərin təhlükəli manevrlər etdiyini, Türkiyə gəmilərinin isə radarlardan onları hədəfə almaq üçün yox, müşahidə etmək üçün istifadə etdiyini bildirib.

Keçən il Fransa Prezidenti bildirib ki, Alyans hərbi-siyasi blok daxilində koordinasiyanı tamamilə itirib. Makron bu vəziyyəti NATO-nun "beyin ölümü" kimi səciyyələndirib.

Sputnik radiosunun efirində hərbi politoloq, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin müəllimi, hərbi elmlər namizədi, istefada olan polkovnik Vladimir Karyakin yaranmış vəziyyəti şərh edib. 

"Görünür, NATO-da dövlətlər arasında ziddiyyətlər var və onlar kəskinləşərək hərbi insident formasını alır. Əlbəttə, bir təşkilat olaraq NATO bütün bunları ən yüksək səviyyədə həll etməli idi, insidentlərə yol verilməməli idi. Ancaq hər şey öz axarına buraxılıb, NATO ölkələri blok nizam-intizamına riayət etmir. Türkiyə isə müstəqil siyasət aparır. Son zamanlar ABŞ-ın, eləcə də Yunanıstanın maraqlarına zidd hərəkət edir, Liviyada müstəqil siyasət yürüdür", - Karyakin deyib.

4
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağda Bakı Yerevana sərf edən nizamlanma barədə

3
"Bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır"

BAKI, 24 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Qarabağda Bakı və Yerevanın maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradılır. 

"Həmçinin Rusiyanın humanitar reaksiya mərkəzi öz işinə başlayır. Mərkəz dağıntılara məruz qalmış rayonların yardımla, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq. Bu səylərdə müvafiq beynəlxalq təşkilatların əhəmiyyətli iştirakına ümid edirik. Düşünürük ki, bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır", - RF lideri bildirib.

3
Təcili yardım avtomobili

Karantin rejimi qaydalarını pozan COVID-19 xəstələri məsuliyyətə cəlb edildilər

3
(Yenilənib 15:50 24.11.2020)
Paytaxtda 30, bölgələrdə isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub.

BAKI, 24 noyabr — Sputnik. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

3
Teqlər:
Daxili İşlər Nazirliyi, COVID-19, Koronavirus