Estonsayağı söz azadlığı - KİV-ə təhlükə: Sputnik Estoniya ətrafındakı vəziyyət barədə

© Sputnik / Vadim AntsupovРуководитель представительства МИА "Россия сегодня" в Эстонии, шеф-редактор Sputnik Эстония Елена Черышева
Руководитель представительства МИА Россия сегодня в Эстонии, шеф-редактор Sputnik Эстония Елена Черышева - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin yanvarından etibarən Sputnik Estoniya redaksiyasına açıq təzyiq nəticəsində nəşrin saytı fövqəladə rejimdə işləyir, əməkdaşlar isə redaksiya ilə müqavilələri pozmalı olublar.

BAKI, 23 iyun — Sputnik. Estoniya hakimiyyəti müxtəlif Avropa qurumlarının tövsiyələrini dinləmədi və öz fəaliyyətini minimuma endirən Sputnik Estoniya ilə bağlı mövqeyini dəyişmədi. Bu barədə nəşrin rəhbəri Yelena Çerışeva ATƏT-in İnsan Hüquqları üzrə onlayn müşavirəsinin iştirakçılarına məlumat verib.

Jurnalist qeyd edib ki, Estoniyada söz azadlığı prinsiplərinin aşkar şəkildə pozulması müşahidə olunur. O cümlədən, Çernışevanın sözlərinə görə, Estoniya hakimiyyəti Sputnik Estoniya redaksiyasına qarşı müxtəlif forma və təzyiq alətlərindən açıq şəkildə istifadə edir. 2019-cu ilin sonunda Respublikanın Polis və Sərhəd-mühafizə Departamenti nəşrinin bütün əməkdaşlarına ultimatumlu məktub ünvanlayıb: "Əgər jurnalistlər Rusiya Agentliyi ilə əməkdaşlığı dayandırmasalar, onlar "Avropa sanksiyalarına əməl edilməməsi"maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar". Ölkə hakimiyyəti burada sətiraltı olaraq "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova qarşı 2014-cü ildə qoyulan məhdudiyyətləri nəzərdə tutur. Bununla yanaşı, agentlik özü heç bir sanksiya siyahısında yer almır.

Протесты в США - Sputnik Azərbaycan
ABŞ-da polislər Sputnik-in prodüserinə bir neçə dəfə atəş açıblar - FOTO

Buna baxmayaraq, 1 yanvar 2020-ci ildən etibarən irəli sürülən təhdidlərlə əlaqədar nəşrin saytı fövqəladə rejimdə işləyir, redaksiya əməkdaşları isə Sputnik Estoniya ilə müqavilələri pozmalı olublar.

"Bu, fərqli düşüncəyə qarşı mübarizənin ən parlaq halıdır. Yalnız Estoniya polisləri özlərinə şəxsi sanksiya hərəkətlərini Rusiya dövlət mətbuatına şamil etməyi yaraşdırırlar", - deyə Yelena Çerışeva bildirib.

Yelena Çernışeva da xatırladıb ki, ötən il dekabrın sonunda Estoniyanın Baş naziri Yuri Ratas Estoniya jurnalistləri ətrafında baş verən hadisələrin fonunda eston demokratiyasını bütün dünya üçün nümunə adlandırıb.

"Mən belə başa düşürəm ki, o, polis tərəfindən jurnalistlərə qarşı təhdidləri demokratiya hesab edir. Əlverişsiz KİV-lərə qarşı açıq repressiyalar isə söz azadlığıdır", - deyə Çerışeva ATƏT-in konfransındakı nitqində bildirib.

Xatırladaq ki, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir əvvəlcə Estoniyanın mövqeyi ilə qətiyyən razı deyildi. 2019-cu ilin dekabrında Dezir Estoniya hakimiyyətinə müraciət edərək, Sputnik Estoniyaya təzyiqdən çəkinməyə çağırıb. O, redaksiyanın işinin məhdudlaşdırılmasını lazımsız adlandırıb. "Bu, azad informasiya axınına mənfi təsir göstərə bilər", - deyə Dezir öz Twitter səhifəsində yazıb.

"Heyif ki, siz eşidilmədiniz", - deyə Yelena Çerışeva çıxışının sonunda Arlem Dezirə xitab edib.

ATƏT – in İnsan Hüquqları üzrə müşavirəsi (HDIM) ATƏT-in 57 ölkəsinin nümayəndə heyətlərinin, ATƏT strukturlarının nümayəndələrinin, eləcə də beynəlxalq və ictimai təşkilatların üzvlərinin iştirak etdiyi Avropanın ən böyük illik konfransıdır. Konfransın spikerləri KİV azadlığı, demokratiya və bütün dünyada jurnalistlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər. Müşavirənin sonunda iştirakçılar ən aktual məsələlərin həlli üçün tövsiyələr təklif edirlər.

Bu il müşavirə Albaniyanın sədrliyi ilə koronavirus pandemiyası səbəbindən onlayn formatda keçirilir.

Xəbər lenti
0