Birləşmiş Ştatlar əsas rəqiblərini müəyyən etdilər - RƏSMİ

© AP Photo / David ZalubowskiФлаг США в кладбище, фото из архива
Флаг США в кладбище, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə layihədə Rusiyaya qarşı "Avropada saxlama təşəbbüsü"nün müddətinin artırılması da nəzərdə tutulur.

BAKI, 12 iyun — Sputnik. Birləşmiş Ştatların yeni müdafiə büdcə layihəsində Rusiya və Çinlə strateji rəqabətə üstünlük verilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Senatın silahlı qüvvələr üzrə Komitəsinin yayımladığı sənədin icmalında bildirilir.

Qanun layihəsində qeydə alınan bəyanatda Rusiya ilə uzunmüddətli strateji rəqabət ABŞ müdafiəsinin əsas prioriteti elan olunur və onun saxlanılması üçün investisiyalar və təşəbbüsləri nəzərdə tutur.

Sənəd həmçinin Moskva ilə hərbi əməkdaşlığa olan qadağanın müddətini artırır. Analoji olaraq Moskvaya raket texnologiyalarının verilməsini və ABŞ-ın Hava Hücumundan Müdafiə Sistemlərinin Çinin və Rusiyanın sistemləri ilə inteqrasiyasını qadağa edir.

Bundan əlavə layihədə Rusiyaya qarşı "Avropada saxlama təşəbbüsü"nün müddətinin artırılması da nəzərdə tutulur.

Pentaqon rəhbərindən isə Avropa və ABŞ-da "zorakılığı təbliğ edən irqi-etnik ekstremist qruplara Rusiya dəstəyi haqqında" hesabat vermək tələb olunur. Bu arada senatorların hansı "dəstəyi" nəzərdə tutduqları açıqlanmır.

Ayrıca maddə isə Çinin "Huawei" və "ZTE" şirkətlərinin 5G mobil şəbəkələrinin qurulması zamanı istifadə etdikləri avadanlıqlardan gələn təhlükəyə ayrılıb.

Qanun layihəsinin lehinə 25 komitə üzvü, əleyhinə isə 2 nəfər səs verib. Sənəd hələ senatın tam heyəti tərəfindən təsdiqlənməlidir. Daha sonra qanun layihəsi Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməli və imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilməlidir.

Xəbər lenti
0