Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВоеннослужащие Национальной армии Азербайджана во время генеральной репетиции военного парада, фото из архива
Военнослужащие Национальной армии Азербайджана во время генеральной репетиции военного парада, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

BAKI, 3 iyun — Sputnik. İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyət təmsil edəcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Xəbər lenti
0