Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Rayonlara sərnişindaşıma bərpa edilir?

25
Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Bunun üçün yeni qaydalar müəyyən edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarovanın verdiyi məlumata görə, şəhərlərarası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək. Bildirib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib. Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyduğu məhdudiyyəti ləğv edəcəyi halda avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar tam dolu şəkildə səfərə çıxmayacaq: "Avtobuslarda fasilə zamanı təmizlik işləri aparılacaq. Bununla yanaşı, maskasız heç bir sərnişin avtobusa buraxılmayacaq". 

Nuridə Allahyarova qeyd edib ki, qiymət artımının olmamasına da xüsusi nəzarət olunacaq. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu, şəhərlərarası sərnişindaşımanın ismarıcı deyil: "Biz sadəcə şəhərlərarası sərnişindaşıma açılarsa, qaydaların necə olacağını bildiririk".

25

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

10
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

10
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan