Bakıya mənzərə, arxiv şəkli

Otuz yeddinin Bakısı. Onlar xoşbəxt idilərmi? - VİDEO

255
(Yenilənib 13:06 02.06.2020)
1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb

BAKI, 2 iyun — Sputnik. Azərbaycan tarixini özündə əks etdirən unikal kadrlar yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, videomaterial Azərbaycan Kinematoqrafçılar İttifaqının “Youtube” kanalında paylaşılıb.

1937-ci ili özündə əks etdirən görüntülərdə Bakı həyatı nümayiş olunur. İttifaqın “Facebook” səhifəsində paylaşımla bağlı fikirlər yer alıb: “1937-ci ilin Bakısı. Stalin repressiyalarının pik zamanında paytaxtımız... Bulvarda gəzinti, Dağüstü park, hərbi parad, it sərgisi, qayğısız sakinlər...”

Qeyd edək ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət olub.

255
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

3
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

3
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

10
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

10
Teqlər:
zəlzələ, Xəzər dənizi