Energetika naziri Pərviz Şahbazov

Uğura gedən yolda nazirdən tövsiyələr

7
(Yenilənib 16:01 01.06.2020)
"Yüksəliş"in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar" - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov.

BAKI, 1 iyun — Sputnik. "Yüksəliş" müsabiqəsi işini uğurla davam etdirir. Layihənin sistemini, təməlini tərtib edən Təşkilat Komitəsi, ekspert heyəti potensial kadr seçiminə xüsusi həssaslıqla yanaşır. Çünki qaliblər ölkənin həm də mürəkkəb dönəmində beynəlxalq standartlarla ayaqlaşa bilməli, mövcud problemlərin birbaşa həllini tapmaq qabiliyyətində olmalıdırlar. "Yüksəliş"in mahiyyətini təşkil edən bu məqsədə, çağırışa dövlət qurumları nümayəndələri, idarəçiləri dəstək göstərir, zaman-zaman təcrübələrini, tövsiyələrini bölüşürlər. Bildiyiniz kimi, "Yüksəliş" müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır. Bu dəfə Energetika naziri Pərviz Şahbazov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəbhərlərə tövsiyələrini bildirib.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçinin əsas cəhətlərindən biri başqalarına müsbət mənada təsir göstərməkdir. O, kollektivdə inam yaratmağı bacaran, komanda ruhu formalaşdıran şəxsdir. Burada fərdi nümunə çox böyük rol oynayır. Uğurlu idarəçi korporativ dəyərlərə, strateji hədəflərə malik olur. Mümkün qədər az resurslar sərf etməklə effektiv nəticələr ortaya qoyur. Gündəlik inkişaf, dəyişikliklərə həssaslıq yaxşı idarəçi üçün çox mühümdür. O özü və rəhbərlik etdiyi komandada inkişafa doğru dəyişikliklər, xarici mühitdəki yeniliklərdən geri qalmamalı, inkişaf proseslərinin önündə olmalıdır. Yaxşı idarəçi olmaq həm də insanları duymaqdır, hər kəsə öz potensialını reallaşdırmaq üçün bərabər imkanlar mühiti yaratmaqdır, həmçinin ədalət prinsiplərini hər zaman qorumağa çalışmaqdır.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

- İdarəçi olmaq istəyən şəxslərə ilk növbədə bunu tövsiyə edərdim. Qarşıya çıxan bütün fürsətləri dəyərləndirin, düzgün yollarla irəliləyin, çətinliklərdən qorxmayın.

- Hər belə bir şəxs həmişə bu sualları özünə verməlidir: - Mən kiməm? Nələri hiss edirəm? Harada nələri öyrənmişəm, nələri bacarıram və hansı işləri görmüşəm?

- Bu halda, reallıqları düzgün dəyərləndirmək, qarşıya məqsəd qoymaq və ona çatmaq daha asan olacaq. Daha bir tövsiyəm isə budur ki, faydalı bilik və təcrübələr mənbələrinə, həmişə, mümkün qədər yaxın olun. Bunlar ayrı-ayrı insanlar da ola bilər, kitablar da, başqa öyrədici resurslar da. Öz işgüzar çevrənizi formalaşdırın. Reaktiv yox, proaktiv olun! Məsuliyyət götürməkdən çəkinməyin və heç vaxt ruhdan düşməyin!

- "Yüksəliş" müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- "Yüksəliş" Azərbaycanın gələcəyinə çox mühüm bir addımdır. Bu müsabiqənin iştirakçıları öz bilik və bacarıqları ilə ölkəmizin gələcəyini yaradacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir idarəçiyə və ümumilikdə cəmiyyətimizə təlqin etdiyi meyarlar var. Bunlar yüksək mənəvi keyfiyyətlərdir, milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətdir, başqaları üçün nümunə yaratmaqdır, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməkdir. Bu müsabiqənin iştirakçıları da, inanıram ki, bütün bu meyarları əsas tutmaqla onlara olan ümidləri doğruldacaq, Azərbaycanın yüksəlişinə öz töhfələrini verəcəklər və dövlətimizin yüksəlişi onları da yüksəldəcək!

7
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

11
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

11
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

42
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

42
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib