CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan avtomobillərlə bağlı inqilabi təklif

© Sputnik / Murad OrujovВодитель за рулем
Водитель за рулем - Sputnik Azərbaycan
Abunə olmaq
"Etibarnamə sovetdən qalma məsələdir. İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur"

BAKI, 1 iyun — Sputnik. "Avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, etibarnamə sovetdən qalma məsələdir: "İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə olan halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğvini təklif edirəm".

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilir. İclasın gündəliyinə 1 məsələ daxildir. Bu, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (ikinci oxunuş).

Xəbər lenti
0