İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı

7
(Yenilənib 13:22 01.06.2020)
Təxminən 45 min insan hər həftə imtahana qatılacaq. Artıq bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb.

BAKI, 1 iyun — Sputnik. “190 min şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi. Artıq bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb. İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

7
Azərbaycanın Xalq artisti Emin Ağalarov, arxiv şəkli

Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"

2
(Yenilənib 13:30 23.09.2020)
Emin Ağalarov Rusiya kanallarının birinə müsahibəsində deyib: Mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan-ın Xalq artisti Emin Ağalarov Rusiya kanallarının birində Ermənistanın Qarabağı işğal etməsindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni aparıcının "Uzun zaman davam edən və bu yay daha da kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsinin həll yollarını nədə görürsünüz? Sizin biznesinizə bu məsələ necə təsir edib? Bu cür geosiyası məsələlər, ümumiyyətlə digər ölkələrdə biznesə təsir etməyə bilərmi?" suallarına Xalq artistinin cavabı belə olub:

Посмотреть эту публикацию в Instagram

Публикация от az.maqazin (@maqazinaze)

"Bu sual mənim üçün çox çətindir, çünki mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm. Bu, münaqişənin ağlabatan hesab etdiyim yeganə həll yolu bizim Azərbaycan torpaqlarımızın Dağlıq Qarabağ ərazisindəki erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, hesab edirəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, bəli, təsir edir, çünki iki ölkə prinsipcə münaqişədədir. Ona görə də, digər millətlə hər hansı bir əlaqə bir çox mübahisələrə və söz-söhbətə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür".

2
Əlaqədar
Emin boşanması haqda: “Məni artıq evləndiriblər” - VİDEO
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko gizli olaraq and içir

2
(Yenilənib 13:27 23.09.2020)
Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

BAKI, 23 sentyabr — Sputnik. Aleksandr Lukaşenko Belarus prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Sputnik Belarus xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutur.

Qeyd olunur ki, mərasimdə yüzlərlə insan – məmurlar, parlamentarilər, KİV rəhbərləri, mədəniyyət və idman nümayəndələri, digər rəsmilər iştirak edir.

Belə ki, Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

2