İmtahan, ariv şəkli

Keçid balları aşağı salınacaq?

22
Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir.

BAKI, 1 iyun — Sputnik. “Keçid balı müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu sənəddə də hələ heç bir dəyişiklik yoxdur”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. DİM sədri xatırladıb ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq: “Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Açıq tipli tapşırıqların sayı da azaldılıb. Başqa hansı güzəştlərin olması gözlənilir?! Məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar. Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər. Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Bir daha abituriyentlərə səslənirəm ki, imtahanlara telefonla gəlməsinlər. Əks təqdirdə, onların nəticələri nəzərə alınmayacaq”.

 

 

M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar keçiriləcək: “Ancaq qəbul imtahanları üçün belə hal yoxdur”.

22
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Hərbi təyyarə qəzası

Ukraynada hərbi təyyarə qəzaya uğradı, xeyli ölən var - VİDEO

17
(Yenilənib 23:25 25.09.2020)
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.

​“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.  

Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.

İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

​057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.

Hadisə yerində xilasedicilər işləyirlər.

17
Teqlər:
ölüm, kursant, qəza, Ан-26 təyyarəsi, Ukrayna