Baş Prokurorluğun avtomobili, arxiv şəkli

Ana qızının öldürülməsi ilə bağlı rəsmi məlumat yayıldı

15
Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib

BAKI, 1 iyun — Sputnik. İyunun 1-də gecə saat 04.00 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Bərdə rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

15
Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov, arxiv şəkli

General-mayor Mayis Bərxudarov: "Son damla qanımızadək vuruşacaq qələbə qazanacağıq"

9
(Yenilənib 11:29 28.09.2020)
General-mayor Mayis Bərxudarov: Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir.

 

BAKI, 28 sentyabr — Sputnik. Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu sözləri hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov deyib.

"Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq", - deyə general mayor əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

9
Teqlər:
Müdafiə Nazirliyi, müdafiə naziri
Əlaqədar
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"
Müdafiə Nazirliyi: Ermənistan SQ sonuncu dəfə xəbərdar edilir
Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Католикос-патриарх всея Грузии Илия II, фото из архива

Katalikos II İliya: Dua edirik ki, Tanrı Azərbaycan Ermənistana sülh göndərsin

6
Katalikos-Patriarx hesab edir ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi Qafqazda problem və dünya üçün böyük çağırış olacaq.

BAKI, 28 sentyabr — Sputnik. Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya ümid edir ki, Azərbaycan və Ermənistan hakimiyyəti, eləcə də beynəlxalq birlik Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməsinə imkan verməyəcək.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan patriarxiyası tərəfindən yayılmış bəyanatda deyilir.

II İliya yazıb ki, Ermənistan və Azərbaycan arasında başlanmış qarşıdurmaya dair məlumatlar onun böyük həyəcanına səbəb olub.

"Bu, bizim üçün xüsusilə ağrılı haldır, çünki biz hər iki ölkənin dostuyuq, həm də Gürcüstanda çoxlu azərbaycanlı və erməni yaşayır. Ümid edirik ki, hər iki ölkənin hakimiyyəti və beynəlxalq birlik Qafqazda problem və dünya üçün böyük çağırış olacaq vəziyyətin kəskin şəkildə gərginləşməsinə imkan verməyəcək. Dua edirik ki, Tanrı Ermənistan, Azərbaycan və bütün Qafqaza sülh göndərsin", - Gürcüstan patriarxının məktubunda bildirilir.

6