Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur

© Sputnik / Ilham MustafayevMəhəmməd Zeynalov
Məhəmməd Zeynalov - Sputnik Azərbaycan
Abunə olmaq
“Dəfələrlə olub ki, günlərlə üzərində işlədiyim material mənimlə ünsiyyətə girə bilməyib, atmışam kənara”

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Qazaxlı rəssam Məhəmməd Zeynalov dekorativ tətbiqi sənətin ən qədim növü olan bədii oyma ilə məşğul olur. O, çay daşlarının üzərində milli üslubda naxışlar yonaraq özünəməxsus əl işləri yaradir. Rəssam bu işlərinin heç birini kommersiya məqsədilə etmir.

© Sputnik / Ilham MustafayevMəhəmməd Zeynalov
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur - Sputnik Azərbaycan
Məhəmməd Zeynalov

Sputnik Azərbaycan-la həmsöhbət olan M.Zeynalov hələ kiçik yaşlarından incəsənətə həvəsi olduğunu, orta məktəbdə oxuyarkən bir çox sərgilərdə əl işləri ilə çıxış etdiyini söyləyib. Məktəbi bitirdikdən sonra Rusiyada rəssamlıq təhsili alıb və bir müddət orada çalışıb. Ötən əsrin 90-cı illərində doğulduğu Qazax rayonuna qayıdan sənətkar burada müxtəlif üslublu əsərlərə müəlliflik edib. Son illərini isə uşaqlıqdan onu özünə cəlb edən bədii oyma sənətinə həsr edib.

© Sputnik / Ilham MustafayevMəhəmməd Zeynalovun əl işləri
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur - Sputnik Azərbaycan
Məhəmməd Zeynalovun əl işləri

Bu sənətin sirləri haqda danışan rəssam daim axtarışda olduğunu deyir. O ən çox çay daşından istifadə etdiyini söyləyir: “Ən çox çay daşları üzərində işləyirəm. Bu daşlar sərt olur. Onların üzərindən yüz illərlə sular axsa da, öz formalarını saxlayıblar, şümallaşıblar. Bir daşı üzdən göy, yaxud qara rəngdə görüb keçirik. Amma onu cilaladıqca, yonduqca altından müxtəlif rənglər çıxır. Məni bu sənətdə ovsunlayan o rənglərdir”.

O, olduğu hər bölgədən daşlar topladığını, lakin işləmək üçün ən uyğun daşları Qazaxda aşkarladığını vurğulayıb: “Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur. Burada tapdığım daşlar, rəssamlıq dili ilə desəm, bir növ akvarel kimidir. Sanki üst-üstə yağlı boya ilə işlənib və yonduqca onun altından digər rənglər adamı öz dünyasına aparır”.

© Sputnik / Ilham MustafayevMəhəmməd Zeynalovun əl işləri
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur - Sputnik Azərbaycan
Məhəmməd Zeynalovun əl işləri

Yaradıcı insanın daim təbiətlə ünsiyyətdə olmalı olduğunu deyən oymaçı çox vaxt daşlar üzərində işə başlasa da bir məqamdan sonra bəzilərini yarımçıq qoyduğundan da danışıb. Bunu həmin daşların onunla lazımi ünsiyyətə girə bilməməsi ilə əlaqələndirib.

“Bu iş elədir ki, cilaladığın daşla ünsiyyətə girməlisən. Daş rəssamla danışmalıdır. Dəfələrlə olub ki, günlərlə üzərində işlədiyim daşı atmışam kənara. Səbəb daşın mənimlə lazımi ünsiyyətə girə bilməməsidir. Ona görə işi yarımçıq saxlayıb başqa daşa keçmişəm”, - deyə bildirib.

© Sputnik / Ilham Mustafayev
Məhəmməd Zeynalovun əl işləri - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Mustafayev
Məhəmməd Zeynalovun əl işləri - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Mustafayev
Məhəmməd Zeynalovun əl işləri - Sputnik Azərbaycan
3/4
© Sputnik / Ilham Mustafayev
Məhəmməd Zeynalovun əl işləri - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

M.Zeynalov heç bir işini kommersiya məqsədilə etmədiyini, əl işlərini isə əsasən muzeylərə hədiyyə etdiyini bildirib. Onun əl işlərindən biri Bakıda Heydər Əliyev Mərkəzində, əksər işləri isə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunur.

Xəbər lenti
0