Yarasa

"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq

105
(Yenilənib 19:13 26.05.2020)
Qeyd edək ki, bu dəqiqəyə olan son rəqəmlərə görə, hazırda dünyada 5.5 milyondan şəxs bu virusa yoluxub, 350 mindən artıq şəxs isə dünyasını dəyişib. 

BAKI, 26 may — Sputnik. Gördüyü işlərə görə "yarasa qadın" adlandırılan Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun həkimi Şi Zenqli budəfəki çıxışında vəhşi heyvanlarda olan xəstəliklərin öyrənilməsinin vacibliyindən bəhs edib: "İnsanları bundan sonrakı xəstəliklərdən də qorumaq istəyiriksə, o zaman vəhşi heyvanların daşıdığı virusları bilməli, bunları da dərindən öyrənməliyik. Bu istiqamətdə işlər aparmasaq, daha çox pandemiya baş verə biləcək".

"Koronavirus aysberqin görünən hissəsidir", - deyə əlavə edən çinli həkim yeni virusların aşkarlanması, öyrənilməsi istiqamətində təcili və zəruri addımların atılmasının vaciblyiini vurğulayıb.

Qeyd edək ki, son rəqəmlərə görə, hazırda dünyada 5.5 milyondan şəxs bu virusa yoluxub, 350 mindən artıq şəxs isə dünyasını dəyişib. 

105
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"

14
(Yenilənib 17:45 26.10.2020)
Türkiyə Prezidenti: Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur.

BAKI, 26 oktyabr — Sputnik. Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Qərb, xüsusi ilə Xristian dünyasına səslənirəm. İnsanıq, insan olaraq Xristian olmaq günah deyil, ona da sahib çıxırıq. Fransada müsəlmanlara qarşı zülm varsa, orada sahib çıxaq deyə dünya liderlərinə səslənirəm. Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın", - deyə Ərdoğan qeyd edib.

14
Əlaqədar
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Rusiya dünyadakı böhranı həll etmək üçün Türkiyə ilə münasibətlərini davam etdirəcək

14
Lavrov: Türkiyə ilə ortaq məxrəcləri tapdığımızda, faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik.

BAKI, 26 oktyabr — Sputnik. Rusiya dünyadakı böhran vəziyyətlərini həll etmək üçün Türkiyə ilə qarşılıqlı əlaqəni davam etdirəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunan həmkarı Nikos Dendiasla görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız heç də həmişə üst-üstə düşmür. Ancaq ortaq məxrəcləri tapdığımızda... faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik. Biz Türkiyə ilə bu qarşılıqlı əlaqəni davam etdirəcəyik", - deyə Lavrov qeyd edib.

14
Əlaqədar
Rusiya Qarabağla bağlı Türkiyəyə çağırış etdi