Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Ölkədəki faktiki hava şəraiti açıqlandı

2
Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib

BAKI, 25 may — Sputnik. Milli Hidrometeorologiya Xidməti kaktiki hava şəraitini açıqlayıb. Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.  Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib. 

Qeyd: Mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.  Azərbaycanın şərq rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

2
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

16
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

16
Erməni hərbçisinin çəkməsi, arxiv şəkli

Hikmət Hacıyev: Ermənistanda uşaqlardan əsgər kimi istifadə humanitar qanunlara ziddir

17
Prezidentin köməkçisi Ermənistanda uşaqlardan əsgər kimi istifadənin beynəlxalq humanitar qanunlara zidd olduğunu bildirib.

BAKI, 24 oktyabr — Sputnik. “Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə