CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə lideri İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan Republic Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Турции Реджепа Тайипа Эрдогана
 Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Турции Реджепа Тайипа Эрдогана - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik etdib, firavanlıq arzularını çatdırıb

BAKI, 25 may — Sputnik. Mayın 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyin Ərdoğan Azərbaycan Respubliksası Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik etdib, firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidenti və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışmış, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti
0