Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Qaraçılar məhəlləsində” vəziyyət düzəlir – Məhdudiyyətlər ləğv edildi

© Sputnik / Musa MuradliYevlaxda koronavirus həyəcanı
Yevlaxda koronavirus həyəcanı - Sputnik Azərbaycan
Abunə olmaq
“Qaraçı məhəlləsində” hücuma məruz qalaraq, başından ağır xəsarət almış polis əməkdaşı Vasif Fətəliyev müalicəsinin davam etdirilməsi Bakı şəhərinə aparılıb.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Yevlaxın “Qaraçılar məhəlləsi”ndə vəziyyət sabitləşib. Bu gün səhər saatlarınadan məhəllələrin giriş-çıxışında qoyulmuş postlar götürülüb. Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məhəllə sakinlərinin sərbəst hərəkətinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Yevlaxda koronavirus həyəcanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantin əleyhinə mübarizənin Yevlax üsulu - FOTOLAR

Qeyd edək ki, DİN Bərdə regional mətbuat xidmətindən ötən bir neçə gündə baş vermiş hadisələr barədə ictimaiyyət məlumatlandırılıb. Adı çəkilən məhəllədə yaşayanların hüquq-mühafizə orqanların əməkdaşlarına qarşı qanunsuz hərəkətləri təsdiqlənib.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, “Qaraçı məhəlləsində” üç gün əvvəl hücuma məruz qalaraq, başından ağır xəsarət almış polis əməkdaşı Vasif Fətəliyev müalicəsinin davam etdirilməsi Bakı şəhərinə aparılıb.

Yevlaxlı  sakinlərinin bildirdiyinə görə qaraçılarla təhlükəsizlik qüvvələri arasındakı gərginlik bu gün də davam edib. Günün birinci yarısında isə məhəllələrin giriş-çıxışında tətbiq edilən hərəkət məhdudiyyəti tam götürülüb.

Xatırladaq ki, son günlərin statistikasına görə koronovirus infeksiyasının sürətlə yayılmasında Yevlax şəhəri liderə çevrilib. Koronovirusa yoluxanlar arasında Yevlax Təcili Tibbi Yardım məntəqəsinin əməkdaşları da var. Hazırda onlardan beş nəfəri Ağdaş karantin mərkəzində müalicə olunurlar.

Tibbi işçilərilə yanaşı şəhər sakinləri arasında da yoluxma halı geniş vüsət alıb. 80 nəfərə qədər yoluxmuş şəhər sakinlərindən 53 nəfəri kompakt olaraq eyni məhəllədə yaşayanlardır. Yaranmış təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə Yevlax Polis Şöbəsinin əməkdaşları məhəlləyə giriş-çıxışı məhdudlaşdırıb. Görülən təhlükəsizlik tədbirləri isə yerli qaraçıların etirazına səbəb olub. Polis əməkdaşlarının tələbinə əməl etməkdən imtinaya cəhd olunub. Təxirəsalınmaz tədbirlər sayəsində qanunazidd əməllərin qarşısı alınıb.

Xəbər lenti
0