Qızıl külçələri, arxiv şəkli

"AzerGold" 12 mln. dollarlıq qızıl-gümüş ixrac edib

9
(Yenilənib 19:14 20.05.2020)
İxrac nəticəsində 6 769,37 unsiya qızıl, 15 758,29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20 681 783,53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

BAKI, 20 may — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti koronavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir.

"AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.

"AzerGold" QSC pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişli şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6 769,37 unsiya qızıl, 15 758,29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20 681 783,53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ dolları (2 986,56 AZN), gümüş isə 17,34 dollar (29,49 AZN) dəyərində satılıb. Bu, "AzerGold" QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bu günə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.

9

Maska məsələsi niyə belə uzanır?

0
(Yenilənib 11:02 02.06.2020)
Milli Məclisin növbədənkənar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq

BAKI, 2 iyun — Sputnik. Milli Məclisin növbədənkənar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

İlk olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliyə üçüncü oxunuşda baxılacaq. Qeyd edək ki, Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq.

0
Əlaqədar
Dərini maska və əlcək altında necə qorumalı – dermatoloq tövsiyəsi
Alış-veriş "dəliləri", kim tutar sizi? - FOTO
"Başabəla" dəyişiklik parlamentdən keçdi
Maska taxmayanlara agentlikdən "sürpriz"
Politoloq İlqar Vəlizadə

Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi politoloq şərh edir

1
(Yenilənib 11:05 02.06.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirirlər
İlqar Vəlizadə: “Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir”

“Sosial şəbəkələr bir çox hallarda destruktiv qüvvələrin və qrupların məkanına çevrilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, qapalı qruplarda dövlət əleyhinə fəaliyyətlər, bəzən də terror aktları planlaşdırılır:

“Bu baxımdan sosial şəbəkələrə nəzarətin gücləndirilməsi zəruridir. Bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirsələr də, bu belə deyil. Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir, amma senzurasız sosial şəbəkə yoxdur. Məhz sosial şəbəkələrin özü bir çox hallarda məhdudlaşmalar tətbiq edir. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləmək üçün müştərək tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb.

Pilotoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1