Mərkəzi Neftçilər Xəstəxanası, arxiv şəkli

Bu xəstəxanaya yeni direktor təyin olunub

21
(Yenilənib 18:57 20.05.2020)
Mərkəzi Neftçilər Xəstəxanası bu gün üçün koronavirus pandemiyasına görə ayrılan xüsusi rejimli tibb müəssisələri siyahısındadır

BAKI, 20 may — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəzifəyə Musa Abbasov gətirilib. Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanası bu gün üçün koronavirus pandemiyasına görə ayrılan xüsusi rejimli tibb müəssisələri siyahısındadır və orada əsasən ağır xəstələr müalicə alır.

21
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Dünyada koronavirusa yoluxanlarla bağlı son statistika

2
(Yenilənib 11:05 26.05.2020)
Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

BAKI, 26 may – Sputnik. Dünyada 5 590 358 nəfər koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onlayn statistikada qeyd edilir.

Virusa yoluxan 347 907 nəfərin öldüyü, 2 366 574 nəfərin sağaldığı bildirilir.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 706 226), ölüm (99 805 nəfər) və sağalma (464 670 nəfər) ABŞ-da müşahidə olunur.

Azərbaycanın sərhəd qonşusu olan Rusiya 353 427 yoluxma ilə üçüncü sırada qərarlaşıb. Bu ölkədə koronavirusdan 3 633 nəfər ölüb, 118 798 nəfər sağalıb.

Türkiyə dünya dövlətləri arasında 157 814 yoluxma ilə doqquzuncu, İran 137 724 yoluxma ilə 11-ci sıradadır.

Ermənistanda koronavirus 7 113, Gürcüstanda 731 nəfərdə aşkar edilib.

Həmsərhəd qonşularımız arasında virusdan ən çox ölüm faktı Türkiyədə (4 369 nəfər) qeydə alınıb.

Ölkəmizdə koronavirusa indiyə qədər 4 271 nəfər yoluxub. Virusdan 51 nəfər ölüb, 2 741 nəfər sağalıb.

 

2
UNEC-in professoru Elnur Sadıqov

Professor rəqəmsal iqtisadiyyatın önəmini şərh edir

3
(Yenilənib 10:04 26.05.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi
Elnur Sadıqov: “İnsanların məsafədən xidmətlərdən yararlanması önəmlidir”

“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur”. Bu fikirləri mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Signify" (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycan rəqəmsal iqtisadiyyat modelinə keçib:

“Son dövrlər baş verənlər rəqəmsallaşmanın təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə sektorunda tətbiqinin zəruriliyini göstərdi. Bu gün insanların məsafədən xidmətlərdən yararlanması önəmlidir. Bu baxımdan Azərbaycan qısa müddət ərzində xidmətləri təkmilləşdirməyi və xidmətlərin fasiləsizliyini təmin etməyi bacarıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Əlaqədar
Prezident İlham Əliyev: "Müasir, qabaqlayıcı vasitələrə ehtiyacımız var"
Rövnəq Abdullayev: “Rəqəmsallaşma strateji inkişaf planımızda 2-ci yerdə dayanır”
Azərbaycanda rəqəmsal texnologiyanın inkişafına nə mane olur- IT mütəxəssisi danışır
ABŞ-Çin münasibətlərinin gərginləşməsi dünya üçün nə vəd edir – politoloq rəyi
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar