CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahandan kəsilən tələbələrə yenidən şans veriləcək

© AFP 2023 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər tələbənin əvvəlki illərdən kəsiri qalıbsa, o zaman onun həmin fənlərdən imtahan verməsinə şərait yaradılacaq"

BAKI, 20 may — Sputnik. "Tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona həmin fənlərdən təkrar imtahan vermək üçün şans yaradılacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Yaşar Ömərov bildirib ki, əvvəllər tələbəyə maksimum 2 fəndən təkrar imtahan verməyə icazə nəzərdə tutulurdu: “Yeni qaydaya görə, bu məhdudiyyət aradan qaldırılıb və limit yoxdur. Tələbə kəsildiyi fəndlərdən heç bir məhdudiyyət olmadan növbəti semestrə qədər imtahanda iştirak edəcək və bu imtahanlar ödənişsiz olacaq. Əvvəllər tələbə kreditin 25 faizini ödəyib təkrar imtahanda iştirak edirdi. Əgər tələbənin əvvəlki illərdən kəsiri qalıbsa, o zaman onun həmin fənlərdən imtahan verməsinə şərait yaradılacaq. Lakin burada məhdiyyət qoyulub. Tələbə əvvəlki illərdən qalan maksimum 2 fəndən yenidən imtahan verə bilər”.

Xəbər lenti
0