İşçi, arxiv şəkli

Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib

7
(Yenilənib 14:54 19.05.2020)
“Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib”

 

BAKI, 19 may — Sputnik. Milli Məclisin mayın 19-da keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.

Sputnik Azərbaycan xəbər verir ki, illik məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

Seyfulla Əzimov qeyd edib ki, ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb: “Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb. Təbliğat işinin aparılmasında ictimai təşkilatlar iştirak edib. Azərbaycanda insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb”.

O bildirib ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir: “Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb”.

S. Əzimov bildirib ki, uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb: “Bunda başqa 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-si əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib”.

"İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərərçəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb. İnsan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir", - deyə o bildirib.

Məlumat səsə qoyularaq qəbul edilib.

7
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

1
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

1

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

75
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

75