İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili, arxiv şəkli

İranın OPEC-dəki nümayəndəsi öldü

6
(Yenilənib 11:20 16.05.2020)
Kazımpur Ərdəbili 1980-1981-ci illərdə İranın Ticarət Nazirliyinə rəhbərlik edib. 1990-1995-ci illərdə isə İranın Yaponiyadakı səfiri olub.

BAKI, 16 may — Sputnik. İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Ərdəbili beyninə qaz sızması nəticəsində ölüb. Kazımpur Ərdəbili 1980-1981-ci illərdə İranın Ticarət Nazirliyinə rəhbərlik edib. 1990-1995-ci illərdə isə İranın Yaponiyadakı səfiri olub.

Son 7 ildə isə İranın OPEC-dəki nümayəndəsi olub.

6
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Daha bir dövlət qurumu vətəndaş qəbulunu dayandırıb

3
(Yenilənib 12:22 02.06.2020)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

BAKI, 2 iyun — Sputnik. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

Bu barədə İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Xəbərə görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi  (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin, idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər. Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

3
Xəstəyə iynə vurulması, arxiv şəkli

Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır

58
(Yenilənib 11:55 02.06.2020)
Kliniki sınaqlar Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib

BAKI, 2 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi yerli unikal koronavirus əleyhinə vaksininin kliniki sınaqlarının həyata keçirilməsi üçün könüllüləri seçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu məqsədlə 50 hərbçi seçilib ki, onlardan da 5-i qadındır. Onlar müvafiq müayinə və testlərdən keçiblər.

Kliniki sınaqların Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib.

Könüllü hərbçilərdən ibarət qrup sınaq üçün iyunun üçündə bazaya gələcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

58
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər