Bakıda 1400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb

© Sputnik / Irade JELILKarantin günləri
Karantin günləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Qalan digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. Eyni zamanda, taksi minik avtomobillərində də bu iş həyata keçirilir"

BAKI, 14 may — Sputnik. "Qısa vaxt ərzində artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf arakəsmələrin quraşdırılması təmin edilib". Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, əlavə olaraq 553 avtobusda da istehsalçı tərəfindən quraşdırılan kabinalar mövcuddur: "Qalan digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. Eyni zamanda, taksi minik avtomobillərində də bu iş həyata keçirilir".

Qeyd edək ki, koronavirus pandemiyasına görə ictimai nəqliyyatda yoluxma sayını minimuma endirmək üçün sosial məsafənin qorunması, bu məqsədlə avtobus və taksilərdə arakəsmələrin quraşdırılmasına başlanılıb.

Xəbər lenti
0