Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq

© © Sputnik / Elvin AhmadШкольница делает уроки по русскому языку
Школьница делает уроки по русскому языку - Sputnik Azərbaycan
Abunə olmaq
“İndi müəllim 10 şagirdə sərf etdiyi vaxtı bir şagirdə sərf edir. Deməli şagirdlər bu məsələdən qazanclı çıxır. Amma bu repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərə maddi baxımdan sərf etmir”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aprelin 27-dən fərdi tədris və repetitorluq fəaliyyətinə xüsusi qaydalar əsasında icazə verilsə də, abituriyentlər ciddi problemlə üzləşiblər. Belə ki, xüsusi karantin qaydalarına görə, abituriyentlərin qrup halında hazırlıq keçməsinə tətbiq edilən qadağalar və repetitor fəaliyyəti üçün icazələrin alınması repetitorların çoxunun onlayn hazırlığı davam etdirməsi ilə nəticələnib. Bəzi repetitorlar isə yeni qaydalarla hazırlıq keçməkdən ümumiyyətlə imtina edib.

Школьница смотрит на расписание уроков - Sputnik Azərbaycan
ELM
Oxutmuram, əl çəkin: Belə getsə, repetitorlardan can qurtarmaq olmayacaq

Qazax rayon sakini Aytac Muradova Bakıda yaşadığından, ali məktəbə də yaşadığı rayon ərazisində repetitorluq xidmətindən istifadə etməklə hazırlaşır. Amma A.Muradova koronavirus pandemiyası ilə əlaqədar mart ayından etibarən hazırlıqları onlayn keçir. Hazırda repetitorların fəaliyyətinə icazə verilsə də, o, bəzi fənlərdən hazırlıqları dayandırdığını, yalnız ingilis dili və riyaziyyat üzrə hazırlığı onlayn davam etdirdiyini söyləyir: “Mən 1-ci qrupa hazırlaşdığımdan fizika, kimya, riyaziyyat fənlərindən hazırlığa gedirdim. Amma kimya müəllimi artıq hazırlığı dayandırıb. Çünki 7 nəfərə qrupla hazırlıq keçirdi. Bizə dedi ki, tək-tək şagird hazırlaşdırmaq ona sərf etmir. Qrupdakı abituriyentlər isə onlayn hazırlığa razı olmadılar. Bundan başqa, müəllimlər VÖEN-lə fəaliyyət göstərməyin də onlara sərf etmədiyini deyirlər. Repetitorluq fəaliyyəti göstərən müəllimlərin çoxu “Zoom”la hazırlığa üstünlük verir. Bu cür hazırlıq isə o qədər də effektli olmur. Ona görə də, abituriyentlərin çoxu ali məktəbə hazırlaşa bilmir. Yəqin ki, bu vəziyyət mənim kimi minlərlə abituriyentin ali məktəbə qəbul imtahanındakı nəticələrinə təsir edəcək”. 

A.Muradova deyir ki, yaşadığı qəsəbədə repetitorluq fəaliyyəti ilə məşğul olan bir neçə fizika müəllimi var ki, onların da bəziləri abituriyent hazırlığını dayandırıb.

Qəbul imtahanlarında hansı dəyişikliklər edilə bilər – ekspert danışır

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərib: “Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Digər narahatlıq 9 və 11-ci siniflərlə bağlıdır. Hansı ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Düzdür, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 ora məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 90 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir. Repetitorların fəaliyyətinə və hazırlıq kurslarının fəaliyyətinə məhdudiyyətin tətbiq edilməsi bu şagirdlərin imtahan nəticələrinə mənfi təsir göstərəcək. Nəzərə alsaq ki, qəbul və buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə əldə etməsi birbaşa repetitorların və hazırlıq kurslarının nəticəsidir, hesab edirəm ki, qısa müddətdə onlara tətbiq edilən qadağalar aradan qaldırılmalıdır”.

Tarix fənni üzrə repetitor fəaliyyəti göstərən müəllim Elçin Əliyev isə belə hesab edir ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarında şagird və abituriyentlərin nəticələrinin necə olacağı müəllimlərin və şagirdlərin özündən asılıdır. E.Əliyev deyir ki, şagirdlər bunun üçün daha yaxşı çalışmalı, müəllimlər isə fədakarlıq etməlidirlər: “Nazirlər Kabinetinin tövsiyələri əsasında repetitorluq fəaliyyətinə kurslarda və evlərdə icazə verilsə də, sosial məsafənin saxlanılması nəzərə alınmalıdır. Belə ki, əvvəllər qrup halında 10-15 nəfər şagirdin hazırlaşdırıldığı halda, indi bir-iki nəfər şagirdin hazırlığa gəlməsi tövsiyə olunur. Bu sağlamlıq baxımından vacib sayılır. Əlbəttə, bu, vaxt baxımından bir sıra problemlər yaradır. Şagird və abituriyentləri kiçik qruplara böləndə bütün günü onlarla məşğul olmaq lazım gələcək. Nəzərə alsaq ki, səhərlər virtual dərslər keçilir, bu halda hazırlıqlar günortadan axşama kimi davam etməlidir”.

E.Əliyev deyir ki, burada şagirdlər heç nə itirmir: “İndi müəllim 10 şagirdə sərf etdiyi vaxtı bir şagirdə sərf edir. Deməli şagirdlər bu məsələdən qazanclı çıxır. Amma bu repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərə maddi baxımdan sərf etmir”.

Müəllim - Sputnik Azərbaycan
ELM
Repetitorlar qiymətləri qaldıracaqlar

Qeyd edək ki, hazırkı qaydalarla repetitorlar fəaliyyət göstərmək üçün icaze.gov.az saytından qeydiyyatdan keçərək icazə sahibi olduqlarını rəsmiləşdirməlidirlər. Bu zaman isə onlardan müxtəlif parametrlərə cavab vermələri ilə bağlı məlumatları bazaya daxil etmək tələb olunur. Bunlardan biri də vergi ödəyicisi olduqlarını bildirən VÖEN məsələsi, möhür sahibi olmalarıdır. Bu qeydiyyat bitdikdən sonra fəaliyyətə başlaya bilərlər. Hər müəllim 37,50 qəpik DSMF üçün, gəlirinin 1%-ini isə vergi üçün ödəməlidir. Bu qərar pandemiya ilə bağlı bütün VÖEN sahiblərinə güzəştli şərtlərlə verilib. 2020-ci il dekabrın 31-ə qədər bu qaydada ödəniş etməlidirlər. Repetitor qeydiyyat zamanı şagirdlərinin sayını orada qeyd etməlidir. Həmin şagirdlərdən gələn ödənişə görə rəsmi qəbz verməlidir. Əldə etdiyi gəlir 500 AZN olarsa, hər ay cəmi 5 manat bu ilin sonuna qədər vergi ödəyəcək. Bunun da üzərinə 37,50 AZN gəlsək, hər ay ümumi 42,50 AZN ödəniş etməli olurlar.

Xəbər lenti
0