Студенты проверяют результаты, фото из архива

Bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar

26
(Yenilənib 21:14 25.04.2020)
Təhsil müddətində tələbələr universitet kampusundan, kitabxanasından, onlayn imkanlardan faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur, bu müddətdə Avstriyada tələbə kimi bütün imtiyazlardan faydalana bilir, iş axtarma prosesində köməklik alır/

BAKI, 25 aprel — Sputnik. Avropa Qitəsinin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin "Mühəndisliyin İdarə edilməsi" ("Engineering Management") adlı magistr proqramı cari ilin noyabr ayından etibarən Bakıda da fəaliyyət göstərəcək. Sputnik Azərbaycan xəbər verir ki, belə ki, proqramı Avropada tədris edən müəllimlər Bakıdakı tələbələr üçün şəhərimizə gəlib dərs keçəcəklər.

Artıq beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış "Master of Science" diplomuna sahib olmaq üçün Avropa şəhərlərinə üz tutub, yüksək məbləğdə vəsait xərcləməyə gərək yoxdur. Bu Magistr Proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edir, bundan əlavə təhsil müddətində Avropa Universitetlərinin tələbələrinə şamil olunan imkanlardan yararlana bilirlər. Belə ki, təhsil müddətində tələbələr universitet kampusundan, kitabxanasından, onlayn imkanlardan faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur, bu müddətdə Avstriyada tələbə kimi bütün imtiyazlardan faydalana bilir, iş axtarma prosesində köməklik alır və s.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar. Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, tədarük zənciri, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar. Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanını əldə edirlər.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonunda keçirilən 13 modul üzrə paylanıbdır. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaqdır. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaqdır. Proqrama hər hansı bir sahədə bakalavr dərəcəsi olan, texniki və ya idari peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq və təhsil haqqı 11.500 Avro səviyyəsində hesablanacaq. Qeyd edək ki, Vyanada bu proqramın təhsil haqqı 19.900 Avro təşkil edir. Bakıdakı proqrama erkən müraciət edənlər (31 May tarixinədək) üçün əlavə güzəşt şamil olunaraq, bu məbləğ 9.900 Avro təşkil edəcəkdir.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün 31 Avqust 2020 il tarixinədək doldurulmuş anket engineering_baku@tuwien.ac.at email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb olunan sənədlərin siyahısı ilə https://engineering.tuwien.ac.at/baku_track saytında tanış olmaq olar. Proqram keyfiyyətinə nəzarət məqsədiylə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaqlar.

Odur ki, müraciət üçün tələsin, yerlər məhduddur!

Əlavə məlumat üçün: https://cec.tuwien.ac.at/index.php?id=14681.

26

Bakı hər bir xırdalığı ilə: sakitlik bəxş edən minimalizm FOTOLAR

1
(Yenilənib 12:11 24.09.2020)
Minimalizm fotoqrafların sevimli janrlarından biridir. O, tamaşaçının diqqətini müəyyən detala, xırdalığa və ya obyektə cəmləşdirməyə imkan verir. Bakı küçələrindən minimalizm üslubunda çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Bakı küçələri memarlığı, küçə süjetlərini və ya minimalizmi çəkən fotoqraflar üçün əsl xəzinədir. Hər addımda maraqlı mənzərəyə, kompozisiyaya, tarixi və ya müasir tikiliyə rast gəlmək olar.

Minimalizm bir janr kimi təsviri sənətdə keçən əsrin ortalarında ortaya çıxıb, lakin fotoqraflar onu tez bir zamanda seviblər. Bu fotoşəkillərin əsas konsepsiyası belədir: əsas obyekt kadrın kiçik bir hissəsini tutur, ətrafı isə boşluq kimi buraxılır. Belə şəkillər bütün diqqəti əsas obyekt üzərində cəmləşdirməyə imkan verir. Psixoloqlar iddia edirlər ki, minimalizm üslubunda əsərlərə baxmaq sakitləşməyə imkan verir.

Tez-tez "az olsun, saz olsun" ifadəsini eşitmək mümkündür. Bəlkə də belədir. Amma hələ ki sizə Bakının küçələrində çəkilmiş fotoşəkillərə baxmağı təklif edirik.

1
  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakıda yaşayış binasına mənzərə.

  • © Sputnik / Murad Orujov

    Şəhər mənzərəsi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Flame Towers binalarının fonunda məscid minarələri.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında palmalar.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində tarixi binanın fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakıda Qız qalasının fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında yaxta.

  • © Sputnik / Murad Orujov

    Bakı şəhərinə Xəzər dənizindən mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində bina tikintisi.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında ağac.

  • © Sputnik / Murad Orujov

    Qadın övladı ilə Bakı bulvarında.

  • © Sputnik / Murad Orujov

    Dəniz Mall Ticarət Mərkəzinin binasında "Şeytan çarxı"nın əks olunması.

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    Bakıda "Şeytan çarxı" attraksionunun fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrinin birində işıqlandırma.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında Dəniz Mall Ticarət Mərkəzinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    "Çayki" restoranının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    "Şəhidlər" məscidinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində Four Seasons hotelinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    "İçərişəhər" metrostansiyasının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Bakı meriyasında Azərbaycan bayrağı.

  • © Sputnik / Murad Orujov

    Şirvanşahlar saray kompleksində "Şah" məscidinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Zeytun ağacının budağı.

  • © Sputnik / Murad Orujov

    Bakıda qala divarının fraqmenti.

Teqlər:
minimalizm, Bakı, fotolent

BMT Təhlükəsizlik Şurasını genişləndirmək istəyirlər: Sülhü qorumaq üçün dəyişməlidir?

2
(Yenilənib 12:11 24.09.2020)
BMT ölkələrinin liderləri təşkilatı yeniləmək fikrinə düşüblər. Baş Məclisin yubiley icrası ərzində islahatlar haqqında bir yox, bir neçə təklif irəli sürülüb.

Bu il Birləşmiş Millətlər Təşkilatı 75 illiyini qeyd edir. İştirakçı ölkələr dəyişikliklərə ehtiyac duyulduğuna qərar verib. Dünya dəyişib, struktur isə köhnəlib.

Digər tərəfdən, bu məhz elə haldır ki, burada dəyişikliklər müsbət nəticə verməyə də bilər. Məsələn, Vladimir Putin veto hüququnun saxlanılmasını təklif edib. Dünyada stabilliyin saxlanması üçün bunun nəyə görə vacib olduğunu videomuzda izləyin.

2
Teqlər:
dünya, liderlər, dəyişiklikər, BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, BMT