Əlil, arxiv şəkli

Əlilliyin qiymətləndirilməsi üçün yeni altsistem yaradılır

14
Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq

BAKI, 25 aprel — Sputnik. Prezident İlham Əliyevin yeni Fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində şəffaflığın artırılmasına xidmət edir. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi yaradılır. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.

Altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Həmçinin hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatlar altsistemə daxil edilməsi təmin olunacaq.

Beləliklə, Nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək. Nəticədə müharibə səbəbi ilə əlilliyin qiymətləndirilməsi daha obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq. Vətəndaşların müxtəlif instansiyalara, o cümlədən müvafiq hüquqların və imtiyazların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sənədi kağız daşıyıcıda aparmasına zərurət qalmayacaq.

Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri də tam aradan qalxmış olacaq.

Yeni altsistem bu sahədə analitik təhlillərin aparılması və proqramların hazırlanmasında istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.

14

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

15
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

15
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

13
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13