CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tək deyilsiniz, sizi düşünənlər var – Yetər ki bir dəfə zəng edin…

© Sputnik / Irade JELILQəbul mərkəzi
Qəbul mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə qədər 112 qaynar xəttinə müxtəlif müraciət edən vətəndaşlar arasında 35-50 yaşlı vətəndaşlar çoxluq təşkil etsə də, 70 yaşdan böyük şəxslər də müraciət edir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Ötən ilin sonlarında Çinin Uhan əyalətində meydana gələn koronavirus xəstəliyi tez bir zamanda bütün dünyanı caynağına aldı. Bu təhlükə Azərbaycanda özünü göstərib. Sərhədlər bağlanıb, mağazalar, kafe-restoranlar, iş yerləri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Koronavirus təhlükəsinin qarşısını almaq üçün xüsusi karantin rejimi tətbiq edilib. Əvvəlcə hər kəsə evdə qalmaq tövsiyə edildi, sonra isə bu tövsiyə arxasında inzibati cəza duran tələbə çevrildi.

İş yerlərin bağlanması və qeyri-müəyyən müddətə karantin rejiminin tətbiq edilməsi, işləməyə, daim evdən kənarda olmağa alışmış insanlara evdən çıxmağa məhdudiyyətin qoyulması psixoz, panik-atak, ölüm qorxusu, xəstəliyə yoluxma qorxusu və s. psixoloji problemlər yaratmağa başladı.

İnsanların mənəvi dəstəyə ehtiyacı olduğu bir zamanda Fövqəladə Hallar Nazirliyi vətəndaşlara psixoloji yardım məqsədi ilə "112 qaynar xəttində" psixoloji yardım xidmətini işə saldı. Aprelin 8-dən bu günə qədər psixoloji yardım mərkəzinə ölkənin müxtəlif regionları da daxil olmaqla 450-dən çox müraciət daxil olub.

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi
Tək deyilsiniz, sizi düşünənlər var – Yetər ki bir dəfə zəng edin… - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi

Sputnik Azərbaycan FHN-in 112 qaynar xətti tərkibində fəaliyyət göstərən psixoloji mərkəzdə olub.

Mərkəzdə 12 psixoloq növbəli şəkildə 24 saat fəaliyyət göstərir, edilən müraciətləri cavablandırır, əhaliyə psixoloji yardım göstərir. Burada çalışan psixoloqlar nazirliyin nəzdində olan idarələrin xüsusi təlim keçmiş psixoloqlarıdır. Vətəndaşla nəzakətli ünsiyyət, dinləmə qabiliyyəti, vəziyyəti izah etmə, fərdi olaraq hər bir şikayətçi ilə səbirlə davranma qabiliyyətinə malik olan psixoloqlar ölkənin bu çətin vəziyyətində əhaliyə mənəvi dəstək olmağa çalışır. Bunun üçün yorulmadan zənglərə cavab verir, bəzən müraciət edən şəxslə uzun müddət danışıb, sakitləşdirməyə çalışırlar.

Nazirliyin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibbi xidmət mayoru Xanım Sofiyeva Sputnik Azərbaycan-a bildirib ki, onların vəzifəsi bütün vətəndaşları təbii, texnogen hadisələrdən qorumaq, fəlakətlərin qarşısı alınması və nəticələrinin aradan qaldırılmasından, qısacası əhalinin dinc, rahat, təhlükəsizlik həyatını təmin olunmasından ibarətdir.

Şöbə rəisi bildirib ki, insanların təhlükəsizlikdə olması təkcə onların sağlamlığı deyil, eyni zamanda həm də psixoloji sağlamlığı deməkdir.

© Sputnik / Irade JELILFHN-nin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibbi xidmət mayoru Xanım Sofiyeva
Tək deyilsiniz, sizi düşünənlər var – Yetər ki bir dəfə zəng edin… - Sputnik Azərbaycan
FHN-nin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibbi xidmət mayoru Xanım Sofiyeva

"Müasir insan müasir həyatda çox sürətli yaşamağı öyrənib. Onu ətraf mühitdən təcrid edib evə salanda istər-istəməz psixoloji problemlər yaranır. Digər tərəfdən, insanlarda sabaha inam itir, sabaha olan qeyri-müəyyənlik yaşanır, fəlakətin ola bilməsi fikri, valideyn və yaxınlara görə qorxu narahat edir”.

“Sabaha olan inamsızlıq, qeyri-müəyyənlik insanlarda həyəcan səviyyəsini yüksəldir və panika yaradır" – deyən X. Sofiyeva əlavə edib ki, insanların genetikası fərqli olduğu kimi hadisələr baxışı və reaksiyası da fərqlidir.

Karantin rejimində vətəndaşlarda daha çox panika yaşanır. Mütəxəssisin fikrincə, panika virus kimi yoluxucudur və yayılma təhlükəsi böyükdür: "Panika zamanı insanda dopamine hormonunun səviyyəsi yüksək olur. Bu isə insanı təhlükəyə səfərbər edir. İnsan daim döyüşə hazır, gərgin vəziyyətdə olur. Bu hiss daimi olanda insanın bütün enerjisini tükədir. Öz növbəsində bu immun və əsəb sistemini zəiflədir, insan orqanizminin hər-hansı xəstəliyə yoluxma riskini artırır".

X. Sofiyevanın sözlərinı görə, bu günə qədər 112 qaynar xəttinə müxtəlif müraciət edən vətəndaşlar arasında 35-50 yaşlı vətəndaşlar çoxluq təşkil etsə də, 70 yaşdan böyük şəxslər də müraciət edir.

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi
Tək deyilsiniz, sizi düşünənlər var – Yetər ki bir dəfə zəng edin… - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi

"Bəziləri ağlaya-ağlaya, bəziləri qışqıraraq, bəziləri qorxu içində pıçıltı ilə danışa-danışa müraciət edir. Uşaqlarına, yaşlı və xəstə valideynlərinə görə qorxan şəxslər, tək yaşayan ölüm qorxusu çəkən insanlar, virusa yoluxma qorxusu yaşayan vətəndaşlar mərkəzə müraciət edərək, öz problemlərini bölüşür. Bəzən olur ki, vətəndaşlar sadəcə danışmaq üçün zəng edir. Dərdini danışır, sakitləşib, təşəkkür edir. Bəzən sadəcə zəng edib, onları tək qoymayan belə bir xidmətin yaradıldığı üçün təşəkkür edirlər" - deyə şöbə rəisi bildirib.

Onun sözlərinə görə, karantin müddəti keçdikcə, vaxt uzandıqca hər zaman evdən kənarda olan, çalışan insanlar ailə üzvləri ilə birlikdə zaman keçirən zaman ailədaxili problemlər də ortaya çıxır. Gəc nəslin nümayəndələri, daha enerjili insanlar vaxtı bölüşdürə bilmir. Bəzən gecə ilə gündüzün yeri qarışır. Bununla bağlı darıxma və sıxılmalar başlayır.

Psixoloji problemlər pandemiyadan da öncə depressiyaya meylli olan şəxslərdə daha kəskin müşahidə edilir. Belə şəxslər qapalı şəraitdə - tək qalmaqdan qorxduqları üçün mərkəzə müraciət edir. Bəzən intihar həddində olan insanlarda son ümid yeri kimi psixoloji yardım mərkəzinə üz tutur. Belə şəxslərlə isə söhbətlər saatlarla davam edə bilir.

Düzdür zəng edib intihara cəhd etdiyini, intihar edəcəyini deyənlər olmasa da, böhran vəziyyətində olan şəxslər də mərkəzin psixoloqlarına müraciət edir. Və mərkəzin peşəkar psixoloqları ehtiyac olduğu təqdirdə həmin şəxsləri mütəxəssislərə, psixiatrlara yönləndirir.

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi
Tək deyilsiniz, sizi düşünənlər var – Yetər ki bir dəfə zəng edin… - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin psixoloji yardım mərkəzi

"Biz psixoloqlarla söhbətimiz zamanı deyirik ki, çalışın müraciət edən vətəndaşın müraciətinin arxasında duran səbəbi öyrənəsiniz. Bəzən insanlar tunel düşüncəsində olur. Ancaq onunla söhbət edən zaman başa düşür ki, həyatda tək deyil. İnsan içindəkini danışmırsa, bu böyük fəlakətə çevrilir. Ancaq danışdığı zaman başa düşür ki, onun fəlakəti o qədərdə böyük deyil. Və o başa düşür ki, o yaşadıqları ilə tək deyil. Bu vəziyyət bir də onu sübut etdi ki, qovhaqov, qaçaqaç həyatımızda bir evdə yaşayıb bir-birini görməmək olarmış, bir evdə yaşayıb bir-birini eşitməmək, bir-birinin fərqində olmamaq olarmış".

FHN-nin psixoloqu Briliant Abdullayevanın sözlərinə görə insanlar daha çox koronavirusa yoluxma qorxusu ilə müraciət edirlər: "Övladlarının, yaxınlarının sağlamlığı üçün qorxan vətəndaşlar, evdə övladları ilə ünsiyyət qura bilməyən şəxslər, uşaqlarını online dərsə cəlb edə bilməyən şəxslər mərkəzimizə müraciət edir. Vətəndaşlar üçün bu gün ən əsas mənəvi dəstəkdir".

Abdullayeva həmçinin bildirib ki, zəng edən vətəndaşlara pandemiya haqqında məlumatlar verilir və gigiyena qaydaları izah edilir.

Bəli, bu gün Azərbaycan əhalisi koronavirus təhlükəsinin yaratdığı problemlər bağlı psixoz yaşayır. Və bu vəziyyətdən çıxmaq üçün müxtəlif yollar düşünür.

Sizin də mənəvi dəstəyə ehtiyacınız olarsa, 112 qaynar xəttinə zəng edib, dərdinizi, qorxularınızı danışın, fikirlərinizi bölüşün. Bu zaman başa düşəcəksiniz ki, siz tək deyilsiniz. Sizi düşünən insanlar var…

Xəbər lenti
0