CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaydalar pozulmaq üçündürmü? - 1503 nəfər

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BAKI, 13 aprel — Sputnik. Baş Dövlət Yol Polis İdarəsi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxslərin statistikasını açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Məlumatda qeyd edilir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0