Tv-yə baxan adam

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi

19
(Yenilənib 11:40 28.03.2020)
Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açmışdı. Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. *Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən d, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq.

19
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

3
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

3
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Qarabağda qəbiristanlıq, arxiv şəkli

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

6
(Yenilənib 16:17 08.03.2021)
Öz yaradıcılıqları ilə Azərbaycanda məşhur olan qardaşlar bildirilbər ki, ilk fürsətdə dövrünün görkəmli şairi olmuş ulu babalarının qəbrini ziyarət edəcəklər.

BAKI, 8 mart — Sputnik. Azərbaycanlı hərbçilər Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbrini tapıblar. Növrəs öz yaradıcılıqları ilə məşhur olan azərbaycanlı qardaşların – Şahin, Tərlan, Nurlan və Arslan Növrəslilərin ulu babasıdır.

Bu barədə Sputnik Azərbaycan-a şair Tərlan Növrəsli məlumat verib. Onun sözlərinə görə, qardaşlar şokdadırlar və eyni zamanda şaddırlar ki, ulu babalarının qəbrindən nəsə qalıb.

"Şuşadakı bütün tarixi abidələr, o cümlədən də qəbirlər ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ona görə də bizim orada ulu babamız Mirzə Ələsgər Növrəsin qəbrini tapacağımıza ümidimiz demək olar ki, yox idi. Biz hazırda Şuşada xidmət çəkən hərbçilərimizə minnətdarıq. Onlar məşhur azərbaycanlıların dəfn edildiyi yeri tapıblar, daha doğrusu onlardan nələrinsə qaldığı yeri. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakirin qəbrini tapıblar, onun yanında da bizim ulu babamızın", - deyə Növrəsli bildirib.

Qardaşlar onu da bildiriblər ki, ilk fürsətdə ulu babalarının qəbrini ziyarət edəcəklər.

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığıncağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə yanaşı, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. O, 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

© Photo : Courtesy of Tarlan Novrasli
Məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbri

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib

1912-ci ildə vəfat edərkən o, Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri namizədi, dosent Növrəs Növrəslidir.

6