Rayonlararası polis postu

Rayonlararası hərəkətə qoyulan qadağa necə işləyir?

70
Sakinlər də koronavirus infeksiyasının yayılmasına qarşı görülən bu tədbirləri təqdirəlayiq hesab etdiklərini bildirirlər.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısını alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı rayonlararası giriş-çıxış bu gündən qadağan edilib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə əsasən, görülən tədbirlər çərçivəsində tətbiq olunan karantin rejimi səbəbi ilə cənub bölgəsində rayonlar arasında da postlar qurulub. Bu addım ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atılıb. Koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır. BDYPİ-nin YPX alayının 11 –ci tağımının komandiri Hikmət Qafarovun Sputnik Azərbaycanın bölgə müxbirinə verdiyi məlumata əsasən, xüsusi nəqliyyat vasitələri, təcili tibbi yardım avtomobillər, ərzaq daşıyan yük avtomobilləri buraxılır: “O ki, qaldı bu cür postların qurulmasına, Azərbaycan Respublikası Yol Patrul Xidmətinin, Post Patrul Xidmətinin əməkdaşları, o cümlədən, Daxili İşlər Nazirliyinin digər əməkdaşları da bu işə cəlb olunublar. Postların qurulmasında məqsəd koronavirusun yayılmamasının qarşısını almaqdır. Postlardan iş yeri başqa rayonda olan şəxslər istisna olmaqla, digərləri geriyə, sakini olduğu rayona qaytarılır”.

  • Rayonlararası polis postu
    © Sputnik / Rahim Murad
  • Rayonlararası polis postu
    © Sputnik / Rahim Murad
  • Rayonlararası polis postu
    © Sputnik / Rahim Murad
  • Rayonlararası polis postu
    © Sputnik / Rahim Murad
  • Rayonlararası polis postu
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Rayonlararası polis postu

Sakinlər də koronavirus infeksiyasının yayılmasına qarşı görülən bu tədbirləri təqdirəlayiq hesab etdiklərini bildirirlər. Lənkəran sakini Baloğlan Əliyevi geri qaytarıblar: “Mənə Astaraya tərəf keçməyə icazə vermədilər. İndi Lənkərana qayıdıram. Bu tədbirlərin hansı  səbəbdən görüldüyünü bilirəm, bunları düzgün hesab edirəm və çox bəyənirəm”.

 

70
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

6
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

6
Bakıda kafelərin birində, arxiv şəkli

İşçi heyətin müştərilərin maskadan istifadəsinə nəzarət edilməməsi halları aşkarlanıb

7
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

AQTA-dan Sputnik Azərbayan-a verilən məlumata görə, agentlik tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

7