Roma Papası Fransisk, arxiv şəkli

Papa ilə eyni köşkdə qalan rahib koronavirusa yoluxdu

16
(Yenilənib 19:39 26.03.2020)
Xatırladaq ki, bu günə qədər dünyada 487 min nəfər virusa yoluxub, onlardan 22 min nəfəri dünyasını dəyişib,

BAKI, 26 mart — Sputnik. Katoliklərin ruhani lideri Papa Fransisklə eyni köşkdə yaşayan bir rahibdə yeni növ koronavirus (COVİD-2019) aşkar edilib. Sputnik Türkiyə xəbər verir ki, daha əvvəl Papa koronavirus testi edilmiş və cavablar neqativ çıxmışdı.

Hazırda Vatikanda 4 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, koronavirus ötən ilin dekbar ayında Çinin Uhan əyalətində meydana çıxıb. Xatırladaq ki, bu günə qədər dünyada 487 min nəfər virusa yoluxub, onlardan 22 min nəfəri dünyasını dəyişib, 117 min sağalıb.

16