Bakı küçələrində dezinfeksiya işləri

Bakı Şəhər İcra hakimiyyəti dezinfeksiya işlərini davam etdirir

16
(Yenilənib 13:48 26.03.2020)
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir.

BAKI, 26 mart — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına istinadla xəbər verir ki, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
  • Bakı küçələrində dezinfeksiya işləri
    © The Executive Power of the Baku City
1 / 3
© The Executive Power of the Baku City
Bakı küçələrində dezinfeksiya işləri

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

16
(0:49 / 5.85Mb / просмотров видео: 3)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

1
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

2
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

2
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi